Modern.az

Əli Hüseynov «Prokurorluq haqqında» Qanuna dəyişiklik ediləcəyi barədə deyilənlərə aydınlıq gətirəcək

Əli Hüseynov «Prokurorluq haqqında» Qanuna dəyişiklik ediləcəyi barədə deyilənlərə aydınlıq gətirəcək

Parlament

26 Sentyabr 2009, 14:43

Bir neçə gündür müxtəlif mətbuat orqanlaında Milli Məclisin (MM) payız sessiyasında «Prokurorluq haqqında» Qanuna dəyişiklik ediləcəyindən yazılır. Həmin yazılarda bildirilir ki, parlamentin ilk iclasına qədər MM-in Dövlət quruculuğu və hüquq siyasəti komitəsində sözügüdən qanuna dəyişiklilə bağlı layihə müzakirə olunaraq qəbul ediləcək. Bəzi KİV-lərin ehtimalına görə, «Prokurorluq haqqında» Qanuna ediləcək dəyişiklik nəticəsində bir şəxs baş prokuror, Naxçıvan Muxtar Respublikasının (MR) prokuroru və hərbi prokuror vəzifələrinə 2 dəfədən artıq seçilə biləcək.

Modern.az bu ehtimallara aydınlıq gətirilməsi üçün Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirova müraciət edib. Lakin A.Nəsirov məsələdən xəbərsiz olduğunu deyərək MM-in Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynovla əlaqə saxlamağın vacibliyini bildirib. Mətbuat xidmətinin rəhbəri komitə sədri ilə əlaqə saxladıqdan sonra saytımıza bildirib ki, Əli Hüseynov hazırda Strasburqda səfərdədir. A.Nəsirovun sözlərinə görə, Ə.Hüseynov Strasburqdan qayıdandan sonra məsələyə baxılacağını söyləyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir