Modern.az

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının sammiti keçirilir

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının sammiti keçirilir

28 Sentyabr 2009, 10:05

Sentyabrın 28-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) sammiti öz işinə başlayıb Sammitdə Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin, Qazaxıstan Parlamenti Məclisinin sədri Oral Muxamedjanov və Qırğızıstan parlamentinin sədri Aytibay Taqayev iştirak edirlər. Sammit iştirakçıları saat 10.45-də Fəxri xiyabanı, sonra Şəhidlər xiyabanını ziyarət edərək Milli Məclisə gəliblər. Ardınca qonaqlarla Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov arasında təkbətək görüş olub. Sonra Assambleya Şurasının iclası keçirilib.
Modern.az xəbər veriri ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq həmkarlarını əlamətdar hadisə münasibətilə təbrik edib.
Milli Məclisin sədri deyib ki, 2008-ci il noyabrın 21-də İstanbuldakı Dolmabağça sarayında Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının I konfransı keçirilib. Bununla da dili, dini, adət-ənənələri, müştərək keçmişi olan xalqların daha da yaxınlaşması istiqamətində yeni bir addım atılıb. Elə orada assambleyanın birinci sammitinin Bakıda keçirilməsi qərara alınıb.
Bakıda sammitində bildirilib ki, türkdilli ölkələrin yerləşdiyi coğrafiya dünyanın siyasi və iqtisadi həyatında olduqca əhəmiyyətlidir. Bu qurum türkdilli ölkələr, eləcə də onların qanunverici orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi, mühüm məsələlərdə ortaq mövqedən çıxış edilməsi baxımından çox önəmlidir.
Sentyabrın 29-da Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk iclası keçiriləcəkdir. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri çıxış edəcəklər.
Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci ümumi iclasında qurumun daimi katibliyinin yaradılması və Bakı bəyannaməsinin imzalanması gözlənilir. Qeyd edək ki, Özbəkistan və Türkmənistan tədbirə qatılmayıb. 
Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Nizami Cəfərov Modern.az-a bildirb ki,  TürkPA-ya digər türk dövlətlərinin, daha doğrusu, Rusiyanın tərkibində olan türkdilli muxtar respublikaların, o cümlədən qaqauzların, krım tatarlarının, uyğurların parlament təmsilçilərinin cəlb edilməsi mümkündür.
Komitə sədrinin sözlərinə görə, TürkPA təsis edilərkən bu məsələ də diqqət mərkəzində olub. Yəni, ilk mərhələdə sırf müstəqil dövlətlər təmsil olunur, sonrakı mərhələdə isə Tatarıstan, Başqırdıstan, Yakutiya və digər türkdilli respublikalar təmsil oluna bilərlər. Çünki onların da parlamentləri, qanunvericilik orqanları mövcuddur.
TürkPA-nın Bakı sammitində türk dövlətlərinin ortaq televiziyasının yaradılması məsələsinə də baxılacağı gözlənilir.
Qeyd edək ki, bir neçə gündən sonra Naxçıvanda  türkdilli dövlət başçılarının zirvə görüşü də keçiriləcək.





Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi