Modern.az

«Azərbaycan bayrağı İst-River sahilində» kitabının təqdimatı olub

«Azərbaycan bayrağı İst-River sahilində» kitabının təqdimatı olub

29 Sentyabr 2009, 13:08

Bu gün Heydər Əliyev İrsini Araşdırma Mərkəzi «Azərbaycan bayrağı İst-River sahilində» kitabının təqdimat mərasimini keçirib.

Mərkəzin icraçı direktoru  Fuad Babayev kitabın dünya şöhrətli siyasətçi Heydər Əliyevin BMT Baş Məclisinin sessiyasındakı ilk çıxışının 15-ci ildönümünə ithaf olunduğunu bildirib. Onun sözlərinə görə, Mərkəz Heydər Əliyevin zəngin irsin 35 dildə İnternet vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırır: «Yeni kitabda ölkəmizin BMT ilə əlaqələri mühüm sənədlərin dili ilə şərh edilir. Bu kitaba Heydər Əliyevin BMT Baş Məclisinin 49-cu, 50-ci sessiyalarındıkı və minilliyin zirvə görüşlərindəki, həmçinin prezident İlham Əliyevin BMT Baş Məclisinin 58-ci, 59-cu sessiyalarındakı çıxışları, BMT-nin proqram, agentlik və fondlarının rəhbərlərilə görüşlərinin mətni daxil edilib. Kitabda həmçinin BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı - YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ona bu mötəbər adın təqdim edildiyi təntənəli mərasimdə və BMT-nin Cenevrədəki bölməsinin iqamətgahında «Azərbaycan otağı»nın açılışndakı çıxışları da yer alıb”.

Aqil LƏTİFOV   

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?