Modern.az

Mehmanxanalara lisenziya verilmə qaydaları sərtləşdiriləcək

Mehmanxanalara  lisenziya verilmə qaydaları sərtləşdiriləcək

29 Sentyabr 2009, 16:10

Sentyabrın 29-da “Qafqaz Poynt” mehmanxanasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda turizmin vəziyyətinə dair mətbuat konfrası keçirib.
Nazir bildirib ki, bu ilin altı ayı ərzində Azərbaycana gələn turistlərin sayı ötən ilin cari dövrü ilə müqayisədə 0,3 faiz artaraq 783208 nəfər təşkil edib. 2008-ci ildə Azərbaycana 1 milyon 400 min nəfər turist gəldiyini söyləyən nazir dünyada turizm sahəsində hökm sürən iqtisadi böhrana baxmayaraq Azərbaycana gələn turistlərin sayının ötən illə müqayisədə daha çox olacağını söyləyib: “Payız aylarında Bakı İslam mədəniyyətinin paytaxtı” çərçivəsində keçiriləcək tədbirlərə ölkəyə çoxlu sayda turistin gəlməsi gözlənilir. Ümumiyyətlə, biz ilin sonunadək gələcək turistlərin sayının ötən illə müqayisədə 35 faiz artacağını gözləyirik”.
Nazir ölkəyə turist axınının gücləndirilməsi üçün lazımi infrastrukturun və muasir standarlara cavab verən mehmanxanaların yaradılmasına xüsusi diqqət verildiyini deyib.
Ə.Qarayev bildirib ki, Azərbaycanda mövcud 370 mehmanxananın 79-u Bakıda yerləşir. O, eyni zamanda gələn ildən etibarən mehmanxanalara lisenziyaların verilmə qaydalarının sərtləşdiriləcəyini qeyd edib: “Bu günədək 268 mehmanxana və 227 turizm şirkəti lisenziya alıb. Ümumilikdə Azərbaycanda 28286 yerlik mehmanxana mövcuddur. 8 min yerlik mehmanxana sahəsi paytaxtın payına düşür. Hazırda ölkədə 60-a yaxın mehmanxana inşa olunur. Əminəm ki, bu mehmanxanalar istifadəyə verildikdən sonra qonaqların yerləşdirilməsi ilə bağlı problemlər yaranmayacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi