Modern.az

Prezident İlham Əliyevin Rumıniya səfəri başa çatıb

Prezident İlham Əliyevin Rumıniya səfəri başa çatıb

29 Sentyabr 2009, 18:19

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri sona çatıb. Xatırladaq ki, səfər çərçivəsində Rumıniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 6 sənəd imzalanıb.
Azərbaycanın və Rumıniyanın dövlət bayraqları ilə bəzədilmiş Henri Koande adına Buxarest Beynəlxalq hava limanında Azərbaycan dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. AzərTAc-ın məlumatına görə, Prezident İlham Əliyevi Rumıniyanın yüksək vəzifəli rəsmi şəxsləri yola salıblar. Dövlət başçısı bu gün Bakıya qayıdıb.
Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?