03May | Ana Səhifə - Yazılar - İnsanovun açıqlamaları qazandığı nifrəti dağıtmaq gücünə malik deyil…
İnsanovun açıqlamaları qazandığı nifrəti dağıtmaq gücünə malik deyil…

Elman Babayev

 
 

Keçmiş  səhiyyə naziri  Əli İnsanov həbsdən çıxdıqdan sonra məqsədli şəkildə qeybə çəkilmişdi. Yəni bununla düşünülmüş formada belə bir rəy yaratmışdı ki, guya ortaya sensasiyalı bəyanatlarla, fərqli düşüncə tərzi ilə çıxacaq. Müəyyən fasilədən sonra“Amerikanın Səsi”nə verdiyi müsahibə, onun heç bir fərqli imkanlara sahib olmamasını bir daha sübut edir. Verdiyi açıqlamalarla hətta o sübut olunur ki, vəzifədə olarkən cəmiyyət tərəfindən qazandığı nifrəti dağıtmaq gücünə malik deyil…



Müsahibədəki məqamlara diqqət etməklə, Əli İnsanovun belə gurultulu görünən bəyanatlarla hara qədər gedə biləcəyini anlamaq mümkündür.

 

Əvvala, başlayaq ondan ki, Əli İnsanov təşkilat yaratmaq istəyir. Təşkilat yaratmaq hamının haqqı olduğu kimi onun da haqqıdır. Amma əgər belə bir fəaliyyətlə insan dəstəyi qazanmaq, yaxud, qeyri-hökumət təşkilatı, istərsə də siyasi xarakterli qurum kimi xaricdən maliyyə və siyasi dəstəyə ümid edirsə, bu cəhdlərin hamısı perspektivsizdir. Nəyə görə ?

Çünki, Azərbaycan xalqı müsbət reputasiyası olan fiqurlara dəstək verir. Onunsa reputasiyası nazir işlədiyi vaxtlardan korlanıb. Üstəgəl, dövlət çevrilişinə cəhddə iştirak etməklə həbsxanada yatıb. Əli İnsanov təşkilat yaratmaq istəyini guya Azərbaycanın çətin vəziyyətdə olması ilə əlaqələndirməklə, əslində özünü gülünc duruma salır. Ona görə ki, əgər doğrudan da Azərbaycan çətin vəziyyət yaşayırsa, Əli İnsanov onu xilas edəcək adlar arasında qətiyyən yoxdur. Bir adam ki, vəzifəyə koorrupsiya gözü ilə baxır, tibb sisteminə yerlibazlıq xəstəliyi gətirir, bir adam ki, hakimiyyət ehtiraslarını dağıdıcı üslubda, yəni çevriliş metodunda görür, belə adamın bu cəmiyyətə zərrə qədər xeyri olmaz, əksinə təhlükəlidir.

 

Əli İnsanovun Milli Şura deyilən köhnə müxalifət komandasının təəssübkeşi kimi görünməsi tamamən saxtakarlıqdır.

 

Xatırlayaq, vəzifədə olduğu zamanları ki, o, İsa Qəmbəri, Əli Kərimlini necə söyürdü. Bugünkü mülayim davranışı ondan xəbər verir ki, onun müxalifətçilik praktikası olan adamlara ehtiyacı var. Onlardan bunun yollarını öyrənmək, onlarla birlikdə gündəmi zəbt etmək istəyir. Əgər doğrudan da, müxalifətdəkilərə inanırsa, dəstəyində səmimidirsə, “əməkdaşlıq edərik, birləşmək yox” kəlməsinə tələsməzdi.  Demək ki, çəkinəcəyi məqamlar var; müxalifətə güc qatmaq istəmir, əksinə müxalifətdən öz nəfinə faydalanmağa çalışır.

  

Ozünü siyasətçi obrazında aparan Əli İnsanovun siyasətdən uzaq adam olduğu ordan ortaya çıxır ki, o, İlham Əliyevin Ağ Evə dəvət olunmamasında böyük siyasi qüsur axtarır. Halbuki Ağ Evə dünyanın böyük dövlətlərinin birinci şəxslərinin girib-çıxması söz predmeti ola bilər. Məgər Belarus prezidenti, Qazaxıstan prezitenti, Gürcüstan, Moldova…hansı prezident  Ağ Evdə görünür?!

Əli İnsanov beynəlxalq siyasətdən, Azərbaycanın  xarici siyasətindən ümumiyyətlə, xəbərsizliyini  nümayiş etdirir.

 
“Mən İlham Əliyevi Avropaya inteqrasiya edərsə, dəstəkləyəcəm”.  Məlumatsızlıq  birinci bu sitatdadır. Məgər Azərbaycan illərdir, Asiyaya inteqrasiya olunur?! Azərbaycanın Avropaya inteqrasiya etmədiyi bir gün varmı? Azərbaycan az qala, 20 ildir Avropa ilə qucaqlaşıb! Bütün beynəlxalq projelərdə Avropa ilə birləşib. Görünür, Əli İnsanov həbsxanada mətbuatı yaxşı izləməyib. Ya da qəsdən, ortaya çıxmaq üçün ölkənin rəhbərini nələrdəsə suçlamaq lazımdır- xəttini seçir.

Təbii, o, bunları bilməz, çünki ömürboyu “İnsanovin” dərmanının icadı ilə məşğul olub. Ömrü boyu səhiyyə adamı olub. Siyasət, siyasi partiya, Heydər Əliyevin kölgəsi ona hər zaman yüksək mövqeyə çatmaq, sərvət toplamaq üçün gərək olub. Necə ki, indi də siyasət ona meydana girmək üçün lazımdır. Axı gərək həkim kimi istedadın, peşəkarlığın yerində qalsın ki,  heç olmasa, həkimliyə qayıda biləsən-Əli İnsanov 15 il özünü məhkum etdiyi ağır həyat yolu ilə şərəfli peşəsindən də uzaqlaşıb.

          

Siyasət özünü xilas, özünü gündəmə gətirmək üçün tutulan bir möhkəm ip olsa da, hər adama zəfər gətirmir. Yeni təşkilat iddialısı Əli İnsanovun yeri siyasətin zəfər vermədiyi bir yığın insanın yanında olacaq! 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv