Modern.az

İndoneziyada güclü zəlzələ olub

İndoneziyada güclü zəlzələ olub

Dünya

30 Sentyabr 2009, 16:37

İndoneziyanın Sumatra adası yaxınlığında gücü Rixter şkalası ilə 7.9 bal olan zəlzələ qeydə alınıb. Zəlzələnin episentri sahildən 50 kilometr aralı, Padanq şəhəri yaxınlığındadır. Xarici KİV-in verdiyi lkin məlumatlara əsasən, bəzi evlər və körpülər uçub, b ir neçə yerdə yanğın baş verib. Sakit Okeanının Sunamidən Xəbərdarlıq Mərkəzi sunami təhlükəsinin mövcudluğu barədə xəbər yayıb. Bundan əvvəl, Sakit okeanın dibində baş vermiş güclü zəlzələnin yaratdığı sunami Samoa və Amerika Samoası adalarını vurub və geniş ərazidə dağıntılara səbəb olub.
Samoada azı 90 nəfərin tələf olduğu xəbər verilir, lakin ölənlərin sayının bundan çox olduğu ehtimal edilir. Beləki, sunami bütöv kəndləri yuyaraq aparıb. Şahidlər bildiriblər ki, dalğalar maşınları dənizə tökür, sahildə dağıntı yaradırdı.
ABŞ p rezident Barak Obama Amerika Samoasındak sunamini irimiqyaslı fəlakət elan edib və oraya federal xilasetmə xidmətinin qruplarını ezam edib. Yeni Zelandiya Samoaya sağ qalanların axtarışını aparmaq üçün təyyarə yollayıb. Minlərlə insanın evsiz qaldığı güman edilir.
Sunaminin nəticələrinin aradan qaldırlması uzun müddət çəkə bilər:

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir