07İyun | Ana Səhifə - Yazılar - Otellonun əlcəyi...
Otellonun əlcəyi...

Firuz Mustafa

SSRİ Xalq artisti Ələsgər Ələkbərov Şekspirin “Otello” faciəsində baş rolun mahir ifaçılarından biri olub. Moskvadakı qastrolda böyük aktyor həmin obrazı məharətlə oynayır. Amma birinci pərdədən sonra ona deyirlər ki, “sifətin qrimlənsə də əlinin qrimlənməsi unudulub”. Axı Otello zənci idi və təbii ki, zəncinin üzü kimi əlinin üstü də qara(şın) olmalıdır. Aktyor iradla razılaşır. Doğrudan da onun əlinə qara qrim çəkilməyibmiş. Amma o, təzədən səhnəyə çıxanda hamı görür ki, bu “rəng” məsələsi yenə əvvəlki səhnədə olduğu kimi qalmaqdadır: yəni Otellonun sifəti kömür kimi qapqara, əlləri isə pambıq kimi dümagdır. Bu, rejissorun və bir çox tamaşaçıların diqqətindən yayınmır. 
Amma əsərin finalına yaxın Otello, yəni Ələsgər Ələkbərov nümayiçkaranə şəkildə əlindəki ağ əlcəyi çıxarıb kənara atır və əlcəyin içindən çıxan qapqara zənci əlləri görünür. Bu, hamını təəccübləndirir. Sən demə, böyük aktyor fasilə zamanı əlinə qara qrim çəkdirib üstündən də ağ əlcək geyinibmiş ki, tamaşaçılar çaşbaş düşməsin. Hər şey daha təbii və inandırıcı alınır. Və, onun düşündüyünün əksinə olaraq, tamaşaçılar daha çox çaş-baş qalırlar...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv