25İyun | Ana Səhifə - Yazılar - Ağdamımın saralmış şəkilləri
Ağdamımın saralmış şəkilləri

Vüqar Tofiqli



O şəkillərə mən də baxdim. Ağdamımın saralmış şəkillərini deyirəm. Bir ağdamlı olaraq çox sarsıldım. Niyə iyirmi altı ildir o yerlərə  gedə bilmirəm, deyə özümə sual verdim. Açığı çox çətinliklə özümü ələ ala bildim.  Düşmən tərəfi indiki halda bu  saralmış şəkilləri yaymaqla nəyi demək istəyir?  Bəlkə bizi bu şəkillərlə qıcıqlandırmaq istəyindədir? Ölkəmizdə müəyyən mənada yüksək ruh yüksəkliyinin olması, ola bilsin erməni tərəfinə sərf etmir, bəlkə də elə ona görə bu addımı atır.  Demək çətindir. Amma günahı kimdə axtarırıqsa axtaraq, onun bir tərəfinin  də özümüzdə olduğunu bilməliyik.

Ağdam torpağı özünü qorumaq üçün 6  min şəhid verib. Bu gün rayonda yaşayan 170 minlik əhalinin, deyərdim hamısı vətənini Ağdamını, Qarabağını qorumağa hazırdır. Heç kəs, yaşından asılı olmayaraq, içi mənim 87 yaşlı atam belə  bu məsuliyyətdən qaçmr. Bu gün onu yaşadan da məhz Ağdam eşqidir. Oxuduğu Müəllimlər İnstitutunun binasını görmək, ötən sərin 50-ci illərinə qayıtmaq, Qara bəy Qarabəyov mülklərini görmək, Qobunu görmək, Kötəli görmək, Abidənin yanından Qaqarın bulağına getməkdir. Hələ mən Lenin bağının yanındakı  Ağdam təhsilinin formalaşmasında xüsusi xidmətləri olan Ələkbərovun müdir olduğu vaxtlarda Maarif şöbəsinin binasını demirəm. O bina ilə bağlı nə qədər xatirələri var. Sözsüz ki, o yerləri mən də qarşı-qarış gəzmişəm, hər gün qarşıma çıxan həmyerlilərimi görəndə hər  dəfə o yerləri gəzirəm.

Amma saralmış şəkillərə baxanda qanım bir daha qaynadı. Sözsüz ki, qanı qarışıq insanlarda bu hiss yoxdur. Bəlkə də belə hissiyatsızları idarə etmək asan olduğundan müəyyən şərait yaradılıb onlara. Amma inanıram ki, Ağdamı və eləcə də bütün Qarabağı  düşmən tapdağından yalnız Ali Baş Komandanın əmriylə təmiz qanlı, vicdanlı və vətənpərvər insanlar azad edəcəklər.

Hər birimiz o əmri səbrsizliklə gözləyirik.

O şəkli yayanlara isə demək istərdim ki, ay... və şərəfsizlər bu şəkilləri yaymaqla özünüzə qarşı  nifrət hissini daha da artırırsınız. Biz o torpaqlara sözsüz ki, qayıdacağıq, əvvəlkindən gözəl şəhər tikəcəyik, daha yaxşı yaşayacağıq, amma siz əvvəlki tək yaşaya biləcəksinizmi?

Bu sualnın cavabını zaman gösətərəcək.

SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?