Modern.az

Azərbaycanda ən pəşəkar poçtalyonlar seçiləcək

Azərbaycanda ən pəşəkar poçtalyonlar seçiləcək

1 Oktyabr 2009, 16:40

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanda “Ən peşəkar  əməliyyatçı” və  “ Ən peşəkar poçtalyon” adı uğrunda müsabiqə elan edib.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, bu məqsədlə müəssisədə Müsabiqə Komissiyası yaradılıb. Müsabiqənin başlıca məqsədi “Azərpoçt”-un struktur tərkibinə daxil olan filiallarda öz sənətini sevən və bu sahədə bilik və bacarığı ilə fərqlənən, sənətinin sirləri ilə yaxından tanış olan, bu sənətin sahibi olması ilə fəxr edən, “rabitəçi” adını daşıyan, digər işçilərin öyrədilməsində fərqlənən əməliyyatçı və poçtalyonun müəyyənləşdirilməsidir.Qeyd olunanlarla əlaqədar olaraq, namizədlərin (bir nəfər ən peşəkar əməliyyatçı  və poçtalyon) Komissiyaya göndərilməsi haqqında bütün yerli Poçt Filiallarına məktublar  göndərilib.

Qeyd edək ki, müsabiqə 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsinin işçilərinin peşə bayramı gününün qeyd olunmasına həsr edilib. Qaliblərin “Azərpoçt” MMC-nin “Fəxri Fərman”ı və  1-ci yer üçün 100 manat, 2-ci yer üçün  80 manat və 3-cü yer üçün 60 manatla mükafatlandırılması nəzərdə tutulur.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub