Modern.az

Yaponiyadakı sərgidə Azərbaycan rəsmiləri ermənilərin fırıldağının qarşısını alıblar

Yaponiyadakı sərgidə Azərbaycan rəsmiləri ermənilərin fırıldağının qarşısını alıblar

Mədəni̇yyət

2 Oktyabr 2009, 11:47

st1:*{behavior:url(#ieooui) }

Bu günlərdə Yaponiyanın paytaxtı Tokionun “TOKYO BiQ  SİGT” adlanan möhtəşəm biznes mərkəzində keçirilən “JATA” Beynəlxalq sərgisində Azərbaycan da təmsil olunub.

Asiya qitəsinin ən böyük sərgisində 150 ölkə və regiondan olan dövlət, səyahət büroları, hava yolları və turizm agentlikləri öz stendləri ilə çıxış edib.

Tərbirdən qayıdan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi  Zöhrə Əliyevanın sözlərinə görə, “JATA”nın Təşkilat komitəsi bu il sərgiyə 100 minə yaxın ziyarətçinin gəldiyini iddia edib.  Onlar sərgidə müxtəlif ölkələrin mədəniyyəti, yerli və xarici şirkətlərin turizm potensialı, yeni turizm istiqamətləri ilə tanış olublar. Z.Əliyeva bildirib ki, Azərbaycan  bu sərgidə artıq üçüncü dəfəydi iştirak edirdi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Azərbaycandakı turizm şirkətlərindən İMPROTEX  TRAVEL, GEO TRAVEL,  ALT TRAVEL, ENC TOURS və Azərbaycan Dövlət Rəqs Ansamblının altı nəfərdən ibarət kiçik bir qrupu da təmsil olunub. Nazirliyin və turizm şirkətlərinin nümayəndələri sərgidə respublikamızın turizm potensialını əks etdirən  hər biri 500 ədəd olmaqla “İpək yolu və Azərbaycan”, “Azərbaycan xalçaları”, “Bakının əyləncə mərkəzləri və restoranları”, Bakının bələdçi kitabçalarını, “Bakının otelləri” bukletini,  turistlər üçün məlumat kitabçalarını,  “Bakının teatr və muzeyləri” bukletini, “Azərbaycanın tarix və mədəniyyət abidələri” bukletini,  “Qobustan” kitabçasını, “Qarabağ” və “Şuşa ” bukletlərini,  “Bakıda İçəri şəhər”, “Azərbaycan kulinariyası” kitabçasını və 150 ədəd Azərbaycan turist xəritəsini ziyarətçilərər yapon və ingilis dillərində təqdim ediblər.

Z.Əliyeva bildirib ki, Azərbaycan mənzərələri bütün tamaşaçıları valeh edib. Rəqslərimiz isə bütün Asiya və Avropadan gələnlərin heyrətinə səbəb olub. Azərbaycan paxlavası, şəkərburası yaponların, özlərinin dediyinə görə, ağızlarını dada gətirib. Bütün bunların nəticəsi olaraq turizm şirkətlərimiz  maraqlı təkliflər alıb,  yeni müqavilələr bağlayıblar. Sərginin özəl məqamlarından biri də Ermənistan stendində sərgilənən qondarma Dağlıq Qarabağ Respublikasının xəritəsinin Yaponiyadakı Azərbaycan Səfirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsinin  bəyanatı və təkidi ilə stenddən yığışdırılması olub.

   

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir