08Avqust | Ana Səhifə - Yazılar - Ölümündən sonra səni tanıyacaqlar
Ölümündən sonra səni tanıyacaqlar

Mülatif Adurov,
veteran telejurnalist


Mübahisə çox çəkdi. Heç bir yekdil nəticəyə gələ bilmədik. Əbdüləli (ad şərtidir. M.A.) öz fikrində qaldı, mən də öz düşüncəmdə.

Söhbətimizi dinləyən veteran jurnalist isə qəti fikrini demişdi:

- Narahat olmağa dəyməz. Sizin teleşirkətin böyüyü nüfuzlu adamdı, onun sözünü yerə salmazlar. Bir az təmkinli olmaq lazımdır.

-Axı, vaxt ötür, yaşa doluram, bu gün-sabah  kim bilir, bəlkə sabah o fəxri ad mənə lazım olmadı, - deyə bizi təmkinli olmağa səsləyən həmkəndlimizin çağırışına etiraz etdik.

-Qardaş, niyə söz güləşdirirsiniz, şirkətin rəhbəri deyib ki, sizə xalq artisti adı verəcəklər, vəssalam, deməli verəcəklər. Çox cığallıq eləsən, heç əməkdar adı da verməzlər.

-Cəmi əlli manat artıq alacam. Xalq artisti ....

-Deyirsən yəni əlim bundan da üzülər?

-Elə şey olmaz, inşallah geci-tezi “xalq”ın pulunu alacaqsan, gözlə!

-Mən də ümidliyəm, gözləyirəm.  Amma istəmirəm ki, ad-soyadımın qarşısında “ölümündən sonra” sözləri yazılsın.

-Hə, bax bunu düz deyirsən, ölümündən sonra fəxri ada layiq görülsən heç bir qəpik də ala bilməyəcəksən.

-Bəs onda müdirimiz məni niyə arxayin salır ki, geci-tezi ...

-Hə də, düz deyir, geci-tezi bu dünyadan köçəcəksən, heç fəxri ad lazım olmayacaq, müdir bunu nəzərdə tutur. Əbdüləli, ümid eləmə, maadam ki, ad-soyadının qarşısında “ölümündən sonra” sözləri yazılacaq, deməli bu mükafat  pulsuz olacaq! Ölsən də , sağ qalsan da.


P.S. Bax, beləcə dələduz adamlara, guya şirkət rəhbərlərinə yaxınlıqları olanlar canfəşanlıq edirlər. Əbdüləli kimi adamlar da düşüblər onların dalınca fəxri ad, nə bilim, mükafat gözləyirlər. Daha bilmirlər ki, bu səlahiyyət  ölkədə ancaq prezidentə məxsusdur, yalnız cənab prezident fəxri ad verir.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv