23 Avqust 2019 | Ana Səhifə - Yazılar
Həqiqətən də o adamlardan qorxmaq lazımdır!

Elman Babayev

Təsadüfən keçmiş səfir Arif Məmmədovun canlı yayımda çıxışına qulaq asdım. Açığı bu üsyankar diplomatın adını eşitsəm də, ona qulaq asmaq imkanım olmamışdı. 

2015-ci ildən hakimiyyətə qarşı fəaliyyətə keçən bu adam küçə səviyyəsində danışır. Onun vaxtilə diplomat olmağına belə adamın inanmağı gəlmir. Elə bil çayxanada kiməsə qulaq asırsan...

Və bu adamla bağlı kiçik araşdırma aparmaq marağı yarandı. Onunla bağlı xoş olmayan məlumatlar kifayət qədərdir və bu məlumatların üzərində dayanmaq yorucu olar. Təkcə onu vurğulamaq yetər ki, adam tutduğu vəzifədən yararlanıb kifayət qədər imkanlar əldə edib.

“Mübariz” diplomat son canlı yayımında deyir ki, gündə bir yol tutan, fikrini dəyişən adamlardan qorxmaq lazımdır. Məmmədov bu zaman özünü tərif etdiyini isə yəqin ki, unudur. 2015-ci ilə kimi bir yol tutan, sonra isə başqa yol seçən elə sən özün deyilsənmi? Məhz qeyd olunan dövrdən sonra xəyanət yoluna meyillənən Məmmədov Brüsseldə əyləşib Azərbaycan əleyhinə işləmək yolu seçib.

Vaxtilə Məmmədov, yəni hökumətə işlədiyi vaxtlar Avropada iclaslarda çıxışı zamanı tərif etdiyi müxalifləri açıq şəkildə qınayırmış və avropalı diplomatlar qarşısında ifşa etdiyindən qürur hissi də keşirirmiş.

Hər addımda talamaqdan, korrupsiyadan danışan, dili ağzına sığmayan “diplomatın” xaricdə işlədiyi müddətdə mühasibatlıq sənədlərini saxtalaşdıraraq büdcə xərclərini mənimsəməkdə adı hallanır. Onun bu vəsaitlərə Brüsseldə ev və maşınlar aldığı da vurğulanır. “Sadə” Məmmədovun oğlu ABŞ-da təhsil alıb. Hərbi xidmət yaşına çatmasına baxmayaraq, o, Azərbaycan Ordusunda xidmət etməyib. Bir sözlə, belə məlumatlar kifayət qədərdir...

Çıxışında Azərbaycana qayıdacağını, Belçika yaxşı olsa belə orada qalmaq istəmədiyini də deyir. Sual olunur hər addımda təriflədiyin Belçilkada niyə qalmaq istəmirsən? Bəs, Azərbaycanda yaşamaq mümkün deyildi?

Həmçinin, maşınından yol kənarındakı evləri göstərərək tərifləyir və əlavə edir ki burada əhali evlərini rüşvətlə almır. Səviyyəyə bax.... Məgər Azərbaycanda insanlar hamısı evlərini rüşvət hesabınamı alır? Ola bilsin Məmmədov özü çirkli yollarla ev aldığına görə belə düşünür.

Şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutan, mənəvi naqislikdən xəyanətkardan və fəraridən başqa biri olmayanların həqiqətən vətəni olmur. Onlar üçün yalnız bir prinsip var- yaxşı yaşayış, ev, var-dövlət...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv