20 Sentyabr 2019 | Ana Səhifə - Yazılar
Ailədaxili şiddət niyə ailə məsələsi deyil...

Vasif İsmayıl


Umberto Eko və cəmiyyət... Ailədaxili şiddət niyə ailə məsələsi deyil...

Bir-iki kitab oxuyub özünü ağıllı göstərmək üçün çırpınan dəliqanlılar və dəliqanlılarşa kimi görünsəm də Umberto Ekonun “Qızılgülün adı” romanında bir sitat paylaşacam.

Bayağı insanların səhvlərini (səhv hərəkətlərini) yüksək səslə lağa qoyun.

Deməli belə.

AXCP sədrinin müavininin qızı öz atasını ailədaxilində şiddət göstərməkdə ittiham edib.

Partiya simpatizanları, funksionerləri tökülüşüblər qızın üstünə, min cür söyüş, min cür qarğış. Həyatda ən sevmədiyim xasiyyət olan tərəfkeşliklə ən əsas insan haqlarına açıq-aşkar hörmətsizlik edirlər.

Bir qrup insan isə ailə məsələsidir, bir az şişirdiblər və s. kimi müddəalarla hadisənin rəng şiddətini bir az yumşaltmağa çalışırlar.

Zümrüd xanımın ürkək çıxışları bu qəbildən insanları adətən ruhlandırıb, ağızlarının, - yox, səhv dedim - ürəklərinin qıfılını açıb.

Baxın, dostlar, ailədaxili şiddət bu dünyada görə biləcəyiniz ən iyrənc şeydir. Adama vurulan bir sillə hardasa 5-6 dəqiqə fiziki olaraq ağrıdar, 1-2 gün də psixolojik olaraq sarsıdar.

Amma ailədaxili şiddət müharibə, girov götürülmə, işgəncə kimi SİSTEMATİK şiddətdir.

Ailədaxili şiddət qurbanlarında MÜTLƏQ posttravmatik STRES yaradır. Yəni adamı şikəst edir.

Bunu elə dünənki hadisələrdə də açıqca görmək olardı. Selcan xanım nisbətən açıq danışır (bəli, nisbətən. O da hələ hər şeyi demir), Zümrüd xanım isə üstüörtülü. Bunun səbəblərindən biri də budur... Selcan xanım yaşından irəli gəldiyi üçün bu şiddətə daha az məruz qalıb və onda posttravmatik stres anası Zümrüd xanımda olduğu qədər şiddətli deyil. Ona görə də danışır.

Mən, bizim cəmiyyətimizdə ailədaxili şiddəti xoş, şirin və romantik göstərməyə çalışılmasından iyrəndim.

Yaşı-başı almış bir ictimai fəalın, partiya funksionerinin malalamaq cəhdi ilə bütöv cəmiyyətə yalan danışmağa çalışmasından iyrəndim.

Mən kənardan ciddi görünən, adını mübariz qoyan insanların tərəfkeşlikdən ötrü sistematik şiddətə haqq qazandırmasından iyrəndim.

Bayağı insanların səhvlərini yüksək səslə lağa qoyun.

Bunu yüksək səslə, bunu lağ şəklində ona görə edin ki, bəziləri utanıb yerə girsinlər, ağzlarını aça bilməsinlər, özlərini siçovuldan aşağı bilsinlər.

Ailədaxili şiddət SİSTEMATİK ŞİDDƏTdir.

Ailədaxili şiddət göstərən insan ciddi PSİXOLOJİ problemləri olan biridir.

Ailədaxili şiddət cəmiyyətin immunitetinin böyük sınağıdır.

Ailədaxili şiddətə haqq qazandırmağa çalışan cəmiyyət xəstədir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv