07 Oktyabr 2019 | Ana Səhifə - Yazılar
Ölüm haqqında

Vasif İsmayıl


Bu təbabət çox ciddi elm olsa da, kifayət qədər axmaq hərəkət edə bilər.....- nə axmağı, əməlli cinayət də törədə bilər.

Və....ən üzücü məqam odur ki.....bizim heç birimiz bundan sığortalanmamışıq.

İnsan nə vaxt ölür?

Yəni, insan artıq "100 faiz" ölüb sözünü nə vaxt deyə bilərik?

Asandır, sizcə?

Yooox. siz səhv edirsiniz.

Ölümün növləri var.

Məsələn, letargiya var. İnsan yatır, sadəcə çox dərin yatır.

Düzdür, heç tərpənmir, yemir-içmir, tərpənmir... kənardan baxsan, "ölüb" deyərsən.

Amma letargiya yuxunun bir növü olduğu üçün, insan bir gün....oyanır.

Kimisə yuxuda ikən qəbrə qoyub üstündən fatihə oxusan, necə olar?

Fatihədən heç nə olmaz, ... qəbrə qoyulmaqdan olar.

Sizcə xristianlar niyə ölmüş insanı günlərlə saxlayırlar?

Sizcə hindlilər öz ölülərini niyə yandırırlar?

Sizcə bizim dədələrimiz - skiflər ölmüş insanı kurqanlarda basdırmadan əvvəl niyə qolunu-qıçını sındırırdılar?

Xortlamasınlar deyə.... Xristianlar isə "insan bəlkə də ölməyib hələlik basdırmayaq və baxaq" dedikəri üçün meyitini neçə gün basdırmırlar.

Zarafat deyil. Rusdilli Vikipediya-ya görə son 16 ildə 13 canlı adamın səhvən basdırılması hadisəsi qeydə alınıb.

Hinduslar və skiflər isə artıq ölü sayılan insan əməlli ölsün deyə ya yandırırdılar, ya da qolunu-qıçını sındırırdılar.

Buradan nəticə...

Kifayət qədər sadə anlayışlar belə əslində o qədər də sadə deyillər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv