24Oktyabr | Ana Səhifə - Yazılar - Kreslobazlar... - Evin sirri evdə qalar...
Kreslobazlar... - Evin sirri evdə qalar...

Aida Eyvazlı
 

Bizim gəncliyimiz mitinqlərdə keçdi. Biz Vətən üçün azadlıq istədik. İmperializmin zəncirlərini qırmaq üçün meydanlarda yatdıq, dövr o dövr idi, zaman o zaman idi. Həmin vaxtlar SSRİ-dən ayrılmaq labüd idi. Çünki təkcə biz yox, bütün 15 respublika bu yolu seçmişdi. 70 il ömür sürən sistem içəridən dağılmışdı.  Əfsuslar olsun ki, həmin sistemin əvəzsiz səhiyyəsi, insanlara iş yeri vermək, oxutmaq kimi gözəl bir qayda-qanunu ilə birlikdə dağıtdıq.

İqtidarlı-müxalifətli  Demokratik bir ölkə qurduq.  Hakimiyyət sistemində yanlışlıqlarımız çox oldu. Çünki, Müstəqilliyimizə səs verməyənləri hakimiyyətə gətirdik, yumşaq kreslolu otaqları verdik.  Öz işlərinin yaxşı getməsi üçün şişirdilmiş rəqəmlərlə statistika yazdılar,  dövlətdən ayrılan pulları yeyib-xərclərdilər.  Bu gün rast gəldiyin dostundan-tanışından “necəsən?”  soruşanda ilk  sözü bu olur: “İşləmirəm. Nə olar mənə bir iş yeri tap”. Bax o 15-20 il hakimiyyətdə yer tutan kreslobazlar aşağı təbəqəni,  peşəkar və sənətkarları işsiz qoydular. 
Hesablama Palatasında bu gün həmin nazirliklərdə işləyən səfirlər, komitə sədirləri, şirkət sahibləri, dövlət orqanları haqqında onlarla  yoxlama sənədlərinin nəticələri var. Hərdən -birdən gözümüzə kül üfürmək üçün üzə çıxarırlar.  Bu gün heç kimə sirr deyil ki, qanımızla, canımızla qurduğumuz  ANA Azərbaycanımızda  yüksək mənsəb sahiblərinin hamısı restoran, şirklət, kompaniya, təhsil müəssisəsi sahiblərdidir.  İş yerini isə ancaq onların sirlərini saxlayanlara, sözəbaxanlara verirlər. Ona görə də kəndlər, rayonlar Bakıya axışır, hamı balasını saxlamaq üçün bir parça çörək axtarışına gəlir. Burada da  yer tapmayanda, boş-boşuna gəzdikləri küçələrdə   onları meydanlara çağıranlara qoşulurlar.

Biz mitinq elədik ki, Vətən hamımızındır, kasıb üşün də, imkanlı üçün də eyni dərəcədə sevimli olsun. Vətənin kasıblarının balaları müharibədə şəhid olur, varlı və imkanlılarının balaları  xaricdə oxumağa gedirlər. Buradan sağdıqlarını orada üyüdürlər. Səhiyyəmizin  inkişaf etməsi üçün xaricdən ən bahalı aparatlar alınıb gətirilir, lakin həmin aparatların çoxsu savadsız həkimlərin otaqlarında ağzıgünə dayanıb.  Hansı xəstəxanaya gedirsən, həkimlər ac qurd kimi ağızlarını xəstənin üstünə açırlar. Xəstə varını-yoxunu həkimlərə və həkimlərlə işbazlıq edən apteklərə xərcləyir. 

Demokratik ölkəyik... Mitinq də olar, mübarizə də, azad seçki də, seçkidə yanlışlıq da... Bunlar olan işlərdir.  Mitinqə çıxmaq  Vətənə xəyanət deyil.  Dünyanın hər yerində mitinqə çıxanlara asayiş keşikçiləri tərəfindən zor tətbiq olunur.  Burada qeyri-adi heç nə yoxdur.  Ölkəmizdə  iki gün dalbadal 19 və 20 oktyabrda baş verən mitinq isə mənə əvvəlki mitinqlərdən fərqli göründü. Əvvəla onu deyim ki, Əli Kərimli  haqqında ölkəmizdə və hətta ölkəmizdən kənarda fikirlər bimənalı deyil. Əli Kərimlinin hansı xislətə malik olduğunu hamımız yaxşı bilirik. Onu bu boyda yekəltməyə  ehtiyac yox idi.  Onun rektoratı bizim Vətən üçün deyil. Bu gün Avropada o qədər fırıldaqçı azərbaycanlı var ki, hamısı Əli Kərimlinin mitinqlərində şəkil çəkdirəndən sonra, gedib sığınacaq alıblar. İndi oradan Vətənə nifrin yağdırırlar.  Onun son mitinqində elə adamlar var idi ki, heç vaxt cəbhəçi olmayıblar. Əcaba onları bu mitinqə göndərən hansı gizli əl idi?

Bir halda ki, mitinqlər Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyət nümayəndələrinə və məmurlara olan kəskin tənqidindən və xəbərdarlığından sonra baş vermişdisə, məndə şəxsən belə bir fikir yaranır ki, Əli Kərimli elə həmin hakimiyyət nümayəndələrindən olan “ Cənab X”in sifarişini yerinə yetirirdi.  Kimsə yazdığımla razılaşmaya bilər, bu mənim müşahidəm və fərziyyəmdir. Onu araşdırmaq  dövlətin müvafuq orqanlarının işidir.

Vətən üçün, dövlət üçün, Birlik üçün hər zaman mitinqə çıxmaq təqdirəlayiqdir. Bu mitinq videolarının yayıldığı bir vaxtda  20 oktyabrda “Qadına şiddət” aksiyasını heç cürə həzm etmək olmur. Özü də ki, mitinqin “bayraqdarı” kim ola?! Ötən ilin dekabrında   Milli Qəhrəmanımız  Mübariz İbrahimovu təhqir edən birisi. Bəli, mənim nəzərimdə milli dəyərimiz olan şəhidimizə əl uzatmaq, onu təhqir etmək həm bu vətəni, həm bu vətənin analarını, həm də bütün şəhidləri təhqir etmək deməkdir. Sivil dövlətlərdə hətta bir söz yanlışlığına görə, Baş nazir belə postunu təhvil verir, qınaq obyekti olur, cəzalanır.  Nərmini isə cəzalandırmağa tələsmirdilər...

Ya Rəbbim, görəsən bizdə niyə cəza sistemləri, hüquq-mühafizə orqanlarının əməkdaşları  qanunları tərəzidə doğru-dürüst çəkmirlər?

İndi bu  “şiddət qəhrəmanı” Nərmin meydana çıxıb, başına qadınları toplayıb, “Qadına şiddətə son qoyun deyir!”. Onun dalınca gedən kütlə... Sənə hansı şiddət göstərilib? Və bir də ki, istər istəməz belə bir sual yaranır. Görəsən ötən ilin dekabr ayından bu yana bu Nərminin məhkəmə məsələsini niyə bu qədər uzatdınız? Ay islahatlara gedən məhkəmələrimiz, nə baş verir?  Nərmin barədə nə qədər şikayətçilər oldu ki, milli dəyərimizi təhqir edib. Siz neylədiniz? Günü-günə satdınız.  Mən ehtimal edirəm ki, dünən “qadına şiddət” deyən o Nərmini də  mitinqə çıxaran hakimiyyət daxilində oturub, onu bu günə qədər müdafiə edən “DAYI”dır.

Şükür Tanrıya ki, son nəticədə onun sifətini tanıyanlar  axırda onu reklama etməkdə nə qədər  doğru olmadıqlarını, yanlışlıq etdiklərini etiraf etdilər. Amma məhz həmin mitinqdən sonra, əlahəzrət məhkəmənin yadına düşdü ki,  sən demə Nərmin  Şahverdiyev haqqında Mübariz İbrahimovun anası şikayət verib. Cəza nə oldu? Saytlar yazır ki, 400 saat islah işinə cəlb edilib.

Qonşu ilə dalaşan, şərə düşən, mağazadan bir şüşə araq oğurlayan alkaşa  3 ildən artıq cəza verən məhkəmələrimiz, söhbət Nərminə gələndə nə baş verir? Söhbət Əli Həsənovun  nəvəsinin öldürdüyü 2 nəfərdən, yaraladığı 2 nəfərdən gedəndə isə cəzasını 1 il yarıma başa vurub çıxır? Niyə qanun hamıya eyni cürə tətbiq olunmur axı?

Atalarımızdan qalma bir misal var. “Qızını döyməyən dizini döyər”. Birinin qızı gedib, xaricdən qışqırır ki, atam məni döydü. Lap əcəb edib, sənin kimi qızı döyüb. Demək yaxşı döyməyib.  Evin sirri evdə qalar. Evin sirri  Zaurun, Xoşqədəmin verilişlərinə daşınmaz.  Kişilər bu qadınları  evə yığın, olmaz belə. 

Kişilərin evlərində  isti ocaq,  tərbiyəli övlad görməsinin yolu, qadınların mitinqə çıxmasına səbəb olmamasının yolu isə yenə də hakimiyyətdən gedir. İnsanlara iş yeri verin. Qoy analar, arvadlar, xanımların başı işə qarışsın,  işdən gələn kişiləri evdə gözləsinlər.  İnsanların başı işə qarışsa,  dərsə gedən müəllimənin aylıq əmək haqqı qədərincə olsa, məktəb direkorları müəllimləri  fondpulu yığmağa vadar etməsə, valideynlər alıb gətirdikləri maaşı repetitorlara xərcləməsələr, inanın ki, nə mitinqə çıxan olar, nə də bu dövlətdən narazımız olar.  Təhsilimzdə yenidən inqilab etmək lazımdır. Uşaqlar dərsi ancaq məktəbdə öyrənsələr, ailələrin əlavə problemi olmaz.

Vaxt var idi, Cəfər Cabbarlının ”Sevil” əsərinə tamaşa edirdik. İlk dəfə başından çadranı atan qadına Bakıda heykəl qoymuşuq. Bu gün başımıza yenə çadraları bağlayıb, sonra da qadına şiddər deyiriksə, əsil şiddət elə budur.  

Dövlət hər evdə keşikçi qoya bilməz ki, kişi evdə qadını ilə dalaşmasın.  Bütün problemlər  həyatın dərindliyindən gəlir,  hakimiyyət mənsubları bu süni yaranan problemləri aradan qaldırmaq üçün  iş yerlərini çoxaltmalı, işləməyən adamları siyahıya almalıdırlar. Məktəbə getməyən qızları məktəbə qaytarmalıdırlar. Təhsilimizə cavabdeh olanlar, heç xəbəriniz varmı ki, ucqar rayon və kəndlərdə nə qədər qızımız  məktəbə getmir?  Axırıncı dəfə nə zaman  dərsə gəlməyən uşaqların valideynlərini  üzə çıxarıb müzakirə etmisiniz?  Olmayıb. Mən görməmişəm.  Qadına şiddətdən qurtarmağın yolu təhsilimizin  viruslardan təmizlənməyindən keçir.

Biz hamılıqla mitinq edib torpaqlarımızın geri qaytarılmasını tələb etməliyik. Biz hamılıqla mitinq edib, Vətənimizə uzanan qanlı caynaqlara qarşı birləşməliyik.

Unutmayın ki, Azərbaycanda yaşayan bütün azsaylı xalqların  və millətin  mentalitetində, tük mədəniyyətində, əxlaqında,  həyat tərzində qadın hər zaman uca olub, ana ən hörmətli varlıq olub. Bizim torpaqda yaşayan qadınlar, analar  hər zaman nümunə olublar.  Hər qadının içərisində bir qürur olmalıdır. Amandır! Evin sirrini çölə çıxarma!!!