14Noyabr | Ana Səhifə - Yazılar - Kitab oxuyan mahnı oxuyandan daha ağıllı olur...
Kitab oxuyan mahnı oxuyandan daha ağıllı olur...

Firuz Mustafa

Heç kəsin xətrinə dəyməsin. Az oxuyan, yəni az mütaliə edən millətik.

Ötən əsrin 80-lərinin ortasında dərc olunan monoqrafiyamda və dissertasiyamda bu barədə faktlara söykənərək geniş söhbət açmışam. Yazmışdım ki, biz SSRİ-də ən az mütaliə edən millətik. O vaxtkı ideoloji şöbənin müdiri, həm də işlədiyim institutun Müdafiə Şurasının üzvü akademik Əfrand Daşdəmirov məni qəbuluna çağırırdı. Bərk əsəbiləşmişdi. Soruşdu ki, sən bu faktları haradan götürmüsən? Dedim ki, SSRİ Statistika Komitəsinin çıxarışlarından. Dedi ki, bəyəm sənə bizim statistika kifayət etmir? Dedim ki, mən problemə müqayisəli şəkildə yanaşmışam. Belə ki, biz 15 respublikakada, yəni SSRİ üzrə ən az oxuyan millətik. 15 respublikada oxucuların sayı üzrə son yerdə, yəni 15-ci yerdəyik. Sübut tələb etdi. Qoltuğuma vurduğum kitabı açıb lazım olan faktı ona göstərdim… Daşdəmirov yoldaş pambıq kimi yumşaldı…

Bəli, az ən az mütaliə edən xalqlardan biriyik.

Bəli, belə hesab edirəm ki, kitab oxuyan millət mahnı oxuyan xalqdan daha ağıllı olur.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv