23Noyabr | Ana Səhifə - Yazılar - Türkcə ay adları
Türkcə ay adları

Vasif İsmayıl


Bundan tam olaraq 30 il əvvəl Türkiyəyə ayaq basmışam. İkinci vətənim olaraq bildiyim yerdir.


Amma ilk ayaq basdığım gün təəccübləndiyim bir şey var idi: türkcə ay adları.


Bizdən və ya alışdığımız dünyadakından çox fərqli idi.


Bunu anlamağım illər sürdü.


İndidən qısaca deyirəm: Türkiyə Orta Şərq mədəniyyətindən çox şey alıb və türkcə ay adları çox vaxt.....semit dillərindədir.


Niyə?


Musəlmandır, ona görə.


Ərəblər də semitdirlər, hətta o qədər semitdirlər ki, müsəlman olmayan semitlərin belə mədəni keçmişinə sahib çıxırlar.


Elə buna görə də Türkiyədə ay adları İsraildəki ay adları ilə üst-üstə düşür. (yəhudilər də semitdirlər).


Ocak - Yanvar

Bizdə bu ay adını Roma tanrısı Yanus-dan alır. Yanus qapı tanrısıdır. Dekabrın 22-si gündüzün ən qısa olduğu vaxtdır. Bundan etibarən günlər gedərək uzanmağa başlayır. Gündüzə qapı aralayır. Türkcədə isə bu ay ov etmək üçün heç uyğun ay olmadığı üçün evdə ocaq qalayıb isinmək ehtiyacı hiss edilən aydır.


Şubar - Fevral

Bizdə bu ay adını latın dilindəki Februarius - təmizlənmək adındanalır. Türkiyədə isə bu ay adını aramey dilindən (Hz. İsanın dilindən) alır. Aramey, yəhudi və ərəblər eyni kökə malik xalqdır.


Mart - Mart

Hər iki halda ayın adı latın dilindən, savaş tanrısı Marşiusun adından alır.


Nisan - Aprel

Hər ikisinin də mənası eynidir. Nisan semit dilindədir. Açan deməkdir. Yəni ilk meyvələrin açdığı ay mənasında. Azərbaycanda yəhudi icmasında ad və soyad olaraq çox məşhurdur. Azərbaycanda Nisan adı ilə, Nisanov soyadı ilə çox adam var. Farscada da eyni mənanı verir. Aprel latın dilində eyni mənanı verməkdədir - açmaq.


Mayıs - May

Latın dilindədir. Bərəkət tanrısı Maia (Maya) adından alınmaıdır.


Haziran - İyun

Türkyədə bu ay adını yenə aramey dilndən (süryanicə) alır. Bizdə isə Roma tanrısı Yupiterin arvadı Yuno-dan. Yuno latın dilində isti deməkdir


Temmuz - İyul

Bura ən maraqlı yerdir.

İyul ayı o əqədər isti keçir ki, çəməniklərdə ot ölür. Meyvələrin əksəriyyəti au ayda bitir. Təbiət adətən ölür. Həm də İyun ayının 21-dən sonra gündüz gedərək qısalır. Müsəlmanlara (bütün semit xalqlara) donuz ona görə qadağan edilmişdir. Tammuz ən əsas tanrı imiş. Başqa bir adı Adonisdir (Eden cənnəti). Afroditin sevdiyidir. Yeraltı tanrısının müqəddəs heyvanı olan donuz tərəfindən öldürüldüyü üçün bütün semit xalqalarına (ərəblərə də) donuz yemək qadağandır. Rəvayətə görə donuz Adonisi, yəni Tammuzu döşündən yaralayaraq öldürmüşdür. Ona görə də Hz. İsa döşündə nizə yarası ilə təsvir edilir. Sizi bilmirəm, mən türk olduğum üçün donuz yeyirəm. Mənim üçün müqəddəs heyvan qurddur.

Bizdə İyul ayı adını Roma imperatoru Yulius Sezardan alır.


Ağustos - Avqust

Hər ikisi adını Roma imperatoru Avqustdan alır.


Eylül - Sentyabr

Türkiyədə bu ad ynə aramey dilindədir. YƏhudilərdə və ərəblərdə də eynidir. Məhsul deməkdir. Bizdə isə latın didə yeddi mənasına gələn septima sözündən götürülmüşdür (əvvəllər il Mart ayından başlayırdı).


Ekim - Oktyabr

Türkiyədə adı yer əkmək mənasındadır. Anadoluda əsl adı Xəzəl-dir. Yarpaqların saralıb solduğu üçün belə adlandırılıb. Bizdə isə latın dilində səkkiz mənasını verən sözdən gəlir (il Mart ayından hesablanırdı).


Kasım - Noyabr

Türkiyədə bu ay adı aramey dilindən gəlir. Yəhudilərlə eynidir. Mənası bölən deməkdir. Bizdə isə latın dilində 9 mənasına gələn novem sözümdən götürülüb (il Mart ayından başlayırdı).

Aralık - Dekabr

Türkiyədə bu ay ara mənası verir. Bizdə isə latın diində 10 mənasını verən desem sözündən gəlir.