Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 5-də Şirvan Şəhər Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, aksiya zamanı 154 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.