Modern.az

Sumqayıtda əmək yarmarkasına 2800 boş iş yeri çıxarılacaq

Sumqayıtda əmək yarmarkasına 2800 boş iş yeri çıxarılacaq

6 Oktyabr 2009, 09:51

Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhər üzrə cari ilin oktyabr ayının 1-nə 12796 nəfər işaxtaran qeydiyyatda olub və bu göstərici  ötən ilin eyni dövrü ilə müqayisədə 4670 nəfər azdır.
Modern.az Sumqayıt şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, bu ilin ötən dövrü ərzində 2232 nəfər işaxtaran şəhər Məşğulluq mərkəzi tərəfindən qeydiyyata alınıb, bunlardan daimi işə düzələnlərin sayı isə 726 nəfər təşkil edib. 496 nəfərə işsiz statusu verilərək müavinət təyin olunub, 300 nəfər peşə kurslarına, 104 nəfər isə ictimai işlərə cəlb olunub. Qeyd edək ki, Sumqаyıt şəhəri və оnun qəsəbələrində hаzırdа əməк еhtiyаtlаrı 202,5 min nəfərdir və оnlаrdаn 183,3 min nəfəri  və yа 78%-i əməк qаbiliyyətli yаşdа оlаnlаrdır.
Xatırladaq ki, oktyabr ayının 9-da Sumqayıt Paralimpiya İdman Kompleksində təşkil ediləcək növbəti “Əmək yarmarkası”na 2800-ə yaxın boş iş yeri çıxarılacaq.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi