20Dekabr | Ana Səhifə - Yazılar - Buqələmun xislətli “mədəniyyət xadimi”...
Buqələmun xislətli “mədəniyyət xadimi”...

Firuz Mustafa

Birisi var...
Bilmirəm haqqında yazım, ya yazmayım.
Hələlik geniş məlumat verməkdən vaz keşirəm.
Qısaca bunu deyirəm: həmin o “birisi” vaxtilə, yəni 1988-90-cı illərdə mediada, ən çox da Az.Tv-də Heydər Əliyevi tənqid etmək üçün növbədə duranlardan, mediada tez-tez “antiəliyev” müsahibələri verənlərdən biri idi. Deyə bilərsiz ki, bu adam o vaxt “azad fikirli birisi” olub.
Elə olsaydı nə vardı ki. Axı elə deyil.
Bax, aradan 30 il keçib...
Bu son günlərdə, cari ilin dekabr ayında elə həmin o AzTV-də mərhum Heydər Əliyev haqqında ən çox “xoş xatirə” danışanlardan biri yenə həmin adam oldu. Bəli. Buqələmundur. “Mədəniyyət xadimidir”. Həmişə vəzifə yəhərində olub. Pyeslərimin səhnə taleyinə badalaq vuranlardan biridir.
Hələlik, yeni il qabağı adını çəkib qanını qaraltmaq istəmirəm...
Gələcəkdə vəziyyətə baxarıq.
Mən ona “ar olsun” demirəm, arransın deyirəm.
Bəs siz nə deyirsiz?

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SORĞU Yeni parlamentdə kimlər olsun?