17 mart 2020 | Ana Səhifə - Yazılar
Koronavirus haqqında bəzi spekülativ mülahizələr

Vasif İsmayıl

Həftələrdir xəbər lentimdə gedən koronavirus söhbətlərinin eyni məcrada seyr etməsi və haradasa köçür-yapışdır məntiqi ilə xəbər paylaşılmasından, sözünü açığı, bezdim. Ciddi elmi qurumları anlayıram: onlar bu dəqiqə pandemiyanın sönməsi üçün əllərindən gələni edirlər. Hökümətləri də anlayıram: onlar da söndürməklə məşğuldurlar.

Başqa şeyə diqqət çəkmək istəyirəm.

Virus və xüsusilə də virusun yaratdığı xəstəlik hər yerdə eyni davranmır.

Bir yerdə partlayır, qonşu ölkəni atlayır və artıq başqa bir ölkədə işə girişir.

Bir ölkənin daxilində də eyni davranmır. Ölkənin bir yanında ölən yoxdur, o biri yanında isə camaat qırılır.

Niyə belə olur?

Virus canlı olmasa da, orqanik maddələrdən təşkil olunmuş parazitik bir sistemdir. Virusun üstündəki qılafda zülal var və bu zülal çox mürəkkəb fəza quruluşuna malik bir molekuldur.

Bir zülalın o birinə yapışa bilməsi üçün onların fəza quruluşu açar-qıfıl məntiqi ilə bir-birinə uymalıdır.

İndiki covid-19 adlanan virus bu zamana o qədər ancaq yarasalarda və ilanlarda görünürdü. Çünki onun səthindəki zülal yarasa və ilanlardakı selikli qişa zülallarına uyğuun gəlirdi. Sonra mutasiya baş verdi və artıq insandakı selikli qişa zülallarına da yapışmağa başladı.

Problem də elə bundadır.

Biz insanların bədəni bu virusu indiyə qədər "özünə yapışdıra" bilmədiyi üçün bu virusu tanımamışıq və elə buna görə də indi vəziyyət qorxuludur.

Amma görünən odur ki, bu qorxu hamı üçün deyil.

Sözümün canı nədir?

Biologiya millət, etnos və mədəniyyət məfhumlarını tanımır. Bunları biz insanlar aramızda ayrıseçkilik salmaq üçün uydurmuşuq.

Biologiya haploqrupları tanıyır.

Görünən odur ki, bu virus müəyyən haploqrupa sahib insanları ya yoluxdurmur, ya da yoluxdursa belə, xəstələndirə bilmir.

Yaxşı, əməlli spekülasiya edəcəm. Bu virus, deyəsən, türk əsillilərə və Qafqaz xalqlarına ciddi problem yarada bilmir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv