Modern.az

Həmkarlar ittifaqı 52 tələbəyə adlı təqaüd verib

Həmkarlar ittifaqı  52 tələbəyə adlı təqaüd verib

7 Oktyabr 2009, 16:58

Oktyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) tədbir keçirilib. Tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək deyib ki, son 6 ildə ölkədə 1800 məktəb binası tikilib istifadəyə verilib.
Konfederasiyanın sədri daha sonra bildirib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş tələbələrin sayı cari ildə 304 nəfərə çatıb. Hazırda Azərbaycan gəncləri 20-dən çox ölkənin tanınmış ali məktəblərində təhsillərini davam etdirirlər.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təhsilə, təhsil işçilərinə qayğısından danışan S.Mehbalıyev deyib ki, ölkəmizdə fəaliyyət göstərən 45 ali təhsil müəssisəsindən 26-sı bu quruma daxildir. Bu ali məktəblərdə 90259 tələbə təhsil alır və onlardan 67746 nəfəri həmkarlar təşkilatının üzvüdür. Tələbə həmkarlar ittifaqı təşkilatlarının işində yüzlərlə tələbə fəaliyyət göstərir, gənclərin sosial-iqtisadi müdafiəsində, onların hüquq və maraqlarının qorunmasında yaxından iştirak edirlər.
Tələbə həmkarlar ittifaqı təşkilatlarının işini qiymətləndirmək məqsədi ilə ATİAHİ Respublika Komitəsi 1995-ci ildən adlı təqaüd təsis edib. Ötən illər ərzində tələbə həmkarlar ittifaqı təşkilatlarının təqdimatına əsasən 1200-dən artıq tələbə bu təqaüdə layid görülüb.
Oktyabrın 7-də keçirilən tədbirdə 52 tələbəyə 2008-2009-cu tədris ilinin yay sessiyasının nəticələrinə və tələbə həmkarlar ittifaqı təşkilatlarında uğurlu fəaliyyətlərinə görə adlı təqaüdlər təqdim olunub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər