Modern.az

"Ermənistan "soyqırım" ideyasını kreditlə satıb"

"Ermənistan "soyqırım" ideyasını kreditlə satıb"

Dünya

7 Oktyabr 2009, 17:47

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu oktyabrın 7-də «Ria-Novosti» İnformasiya Agentliyində 2009-cu ilin sentyabr ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı mətbuat konfransı keçirib.
Modern.az xəbər verir ki, M.Əhmədoğlu bildirib ki, Türkiyə ilə sərhədlərin açılması Ermənistan və dünya erməniləri üçün ən aktiv müzakirə mövzusudur. Onun sözlərinə görə, sərhədlərin açılması ilə bağlı iki fakt - BMT-nin 64-cü sessiyasında keçirilən görüşlərdə səslənən maraqlı bəyanatlar və Ermənistanın xarici işlər naziri E.Nalbandyanın ABŞ dövlət katibi H.Klintona təşəkkürü də bunu deməyə əsas verir: «Ermənistan sərhədlərin açılması üçün ABŞ-a minnətçi düşüb. Amma Ermənistan mətbuatında Türkiyənin əleyhinə iftira, hədələr və həqiqəti əks etdirməyən bəyanatlar səsləndirilir. Türkiyə hakimiyyətinin bu təhqirlərə niyə dözdüyü mənə aydın deyil. Heç kimə sirr deyil ki, Ermənistanın əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaqdır. Artıq onlar Rusiya ictimaiyyətini də inandırıblar ki, Türkiyə ilə sərhədlərin açılması rəsmi Moskvanın xeyrinədir. Lakin hamımız çox yaxşı bilirik ki, bu həqiqətdə belə deyil».
Politoloqun fikrincə, Cənubi Qafqazdakı proseslər Ermənistanın istədiyi istiqamətdə cərəyan etməsə, adıçəkilən regionda heç vaxt sabitlik olmayacaq. Ermənistan hər alçaqlığa əl atır ki, təki Azərbaycanla Türkiyənin münasibətləri kəskinləşsin: «Ermənistana verilən kreditlər siyasi dəstəkdir. Bir tərəfdən Asiya İnkişaf Bankı bəyanat verir ki, Ermənistanda iqtisadiyyatın aşağı düşmə tempi 9,9 faizdir. Ona görə də bu bank Ermənistanın cənubu ilə şimalını birləşdirən yolun tikintisi üçün 32 il müddətinə 500 milyon dollar kredit verir. Lakin AİB krediti ayırmamışdan az öncə Ermənistanın iqtisadi inkişafı ilə bağlı neqativ rəyini daha da sərtləşdirdi».
M.Əhmədoğlunun qənaətincə, Ermənistan dövlətinin başında dayanan adamlar 95 il milləti «soyqırım» nağılı ilə aldatsa da, axırda özləri üçün müqəddəs saydıqları bu ideyanı 1,3 milyardlıq kreditə satdılar: «Belə çıxır ki, gələcəkdə də Dağlıq Qarabağı Azərbaycana pulla sata bilərlər. Ancaq bundan arxayınlaşmaq lazım deyil. Ona görə də Azərbaycan baş verən bütün proseseləri dərindən analiz etməlidir».
Sonda SİTM sədri Azərbaycanda fəaliyyət göstərən nurçuların fəaliyyətinə də diqqət çəkib. Politoloq bildirib ki, nurçular hansı ölkənin ərazisində fəaliyyət göstərirlərsə, həmin dövlətləri ciddi problemlər gözləyir: «Obrazlı desək, nurçular gec partlayan minalara bənzəyirlər. Bu «minaları» vaxtında aşkarlayıb, zərərsizləşdirmək lazımdır».  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu