Modern.az

Müdafiə Nazirliyinin “qaynar xətt”i susmaq bilmir

Müdafiə Nazirliyinin “qaynar xətt”i susmaq bilmir

8 Oktyabr 2009, 11:55

Oktyabrın 1-dən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış həyata keçirilir. 1991-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1974-1990-cı illərdə doğulmuş, yaşı 35-ə qədər olan, Azərbaycanın Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları həqiqi hərbi xidmətə aparılırlar. Proses oktyabrın 30-da yekunlaşacaq.

Hərbi xidmətə çağırış prosesi müddətində Müdafiə Nazirliyin (MN) “qaynar xətt”inə çoxsaylı telefon zəngələri daxil olur. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev Modern.az-a bildirib ki, zəng edən şəxslər övladlarının, yaxınlarının hansı hərbi hissəyə düşdüyünü öyrənməyə çalışırlar. MN-nin əməkdaşı deyib ki, hələ ki hərbi xidmətə çağırış prosesinin gedişi ilə bağlı hər hansı qanun pozuntusu və ya  nöqsanla bağlı “qaynar xətt”ə şikayət xarakterli müraciət edilməyib: «Biz hər bir vətəndaşın “qaynar xətt”ə etdiyi telefon zəngini araşdıraraq, onlara lazımi cavabı veririk”.

Qeyd edək ki, ölkə vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasına respublikasının hərbi komissarı Əliağa Hüseynov rəhbərlik edir. Hərbi çağırışa cəlb olunan vətəndaşların valideynləri və yaxınları Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin nəzdində yaradılan «qaynar xətt»lə (438-61-10, 439-23-55, 439-90-28, 439-55-14) əlaqə saxlayıb övladlarının hansı hərbi hissədə xidmət edəcəyini əvvəlcədən öyrənə bilirlər.   Çağırışçıların yaxınlarının şikayət və müraciətlərini araşdırmaq üçün isə Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsi yanında işçi qrup fəaliyyət göstərir. İşçi qrupla 439-23-76, 438-61-31, 438-61-74 nömrələrinə zəng vurmaqla əlaqə saxlamaq olar.  

Aqil Lətifov

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı