Modern.az

Jurnalistlər Qubadakı soyqırımı məzarlığını ziyarət edəcəklər

Jurnalistlər Qubadakı soyqırımı məzarlığını ziyarət edəcəklər

8 Oktyabr 2009, 12:28

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və  Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Quba Olimpiya Komleksində “Jurnalistlər üçün düşərgə” adlı təlim kursu sabah başa çatacaq.   Modern.az xəbər verir ki, oktyabrın 9-da təlim kursunun iştirakçısı olan jurnalistlər Qubadakı soyqırımı məzarlığını ziyarət edəcəklər. Onlar məzarlığın mühafizəsi ilə bağlı indiyədək görülən işlər barədə məlumatlandırılacaq, eyni zamanda burada tikiləcək abidə kompleksinin layihəsi ilə tanış olacaqlar.

Qeyd edək ki, “Jurnalistlər üçün düşərgə” təlim kursu indiyədək KİV əməkdaşları üçün təşkil olunan ən böyük layihələrdən biridir. Təlim kursu müddətində iştirakçı jurnalistlər millət vəkilləri, Prezident Administrasiyasının, Mətbuat Şurasının, Milli Televiziya və Radio Şurasının, ayrı-ayrı jurnalist birliklərinin, eyni zamanda KİV-lərin rəhbərləri ilə ünsiyyət qurmaq imkanı əldə ediblər.

Dünən təlim kursuna qatılan APA-nın baş direktoru Vüsalə Mahirqızı İnternet mediası ilə bağlı məruzə edib. O, internet mediası, onun bugünkü vəziyyəti, perspektivləri, problemləri barədə iştirakçılara məlumat verib. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə tədbirdə çap mətbuatının fəaliyyəti, durumu barədə danışıb. Baş redaktor qəzetlərin qarşılaşdığı problemlərdən, redaksiyaların iş şəraitindən danışıb, jurnalistlərin suallarını cavablandırıb.

Oktyabrın 8-də media sahəsi üzrə ekspert Ələsgər Məmmədli və “Kaspiy” qəzetinin baş redaktor müavini Kənan Quluzadə təlim kursunda iştirak edən jurnalistlərlə görüşərək onlarla fikir mübadiləsi aparıblar.

Təlim kursunun əksər iştirakçıları Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin üzvü olan müxtəlif KİV-lərin əməkdaşlarıdır. Onlar kursların gedişində fəallıqları ilə seçiliblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir