Modern.az

Rabitə işçiləri arasında ümumrespublika müsabiqəsi elan olunub

Rabitə işçiləri arasında ümumrespublika müsabiqəsi elan olunub

8 Oktyabr 2009, 14:48

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) rabitə və informasiya texnologiyaları sahəsi işçiləri arasında “Ən peşəkar Kabel calayıcısı”, “Kross işçisi”, “Montyor”, “Poçtalyon” və “Poçt əməliyyatçısı” adı uğrunda ümumrespublika müsabiqəsi  elan edib. Bu barədəd Modern.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müsabiqə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ərəfəsində rabitə və informasiya texnologiyaları nazirinin müvafiq əmrinə əsasən keçirilir.
Öz bilik və bacarığına güvənən rabitəçilər müsabiqəyə qatılmaq üçün oktyabrın 20-dək 498 86 20 və 498 75 65 nömrəli telefonlar vasitəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər. Müsabiqədə dövlət müəssisələrinin, birgə müəssisələrin və özəl müəssisələrin nümayəndələri iştirak edə bilərlər. Yarışa rabitə və informasiya texnologiyaları sahəsində ən azı 5 il iş təcrübəsi olan işçilər qatıla bilərlər. “Rabitə ustası” fəxri adı almış işçilər müsabiqəyə qatıla bilməzlər.

Müsabiqənin məqsədi rabitə işçilərinin peşəkarlıq səviyyəsinin artırılması, daha peşəkar və yüksəkixtisaslı mütəxəssislərin iş təcrübəsinin genişləndirilməsi, onların nəzəri, praktiki biliklərinin qiymətləndirilməsi, ən yaxşı peşəkar rabitəçilərin fərqləndirilməsi, onların mükafatlandırılması və beləliklə də, əməyin stimullaşdırılmasının daha da gücləndirilməsidir.
Müsabiqənin keçirilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirinin əmri ilə peşəkar rabitəçilərdən ibarət Münsiflər Heyəti yaradılııb
Münsiflər Heyətinin üzvləri hər bir nominasiya üzrə 1-ci, 2-ci və 3-cü yeri tutmuş müsabiqə iştirakçılarını müəyyənləçdirəcəklər.
Müsabiqədə 1-ci yeri tutan işçilər “Rabitə ustası” fəxri adı ilə, 2-ci və 3-cü yerləri tutan işçilər isə diplom və pul mükafatları ilə təltif ediləcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir