Oktyabrın 8-də Vaduts şəhərindəki «Reynpark» stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçirilib. B.Foqts millimizin təlim-məşq toplanışı və Lixtenşteyn yığması ilə keçirəcəyi oyunla bağlı fikirilərini bildirib: «Qarşıdakı oyun həm Lixteqşteyn yığması, həm də bizim üçün böyük maraq doğurur. Öz meydanında oynaması Lixtenşteyn yığmasına əlavə üstünlük verir. Nəticə bizim üçün əhəmiyyətlidir. Təəssüf ki, bu oyunda 2 əsas futbolçumuz çıxış etməyəcək.