08 İyun 2020 | Ana Səhifə - Yazılar
Vətəndaş evdə, polis küçələrdədirsə...

Elman Babayev

Azərbaycanın iri rayon və şəhərlərində iki günlük sərt karantin rejimi tətbiq olunub. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarının icrasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə edilib. Son iki gündə də polis öz işinin öhdəsindən layiqincə gəldimi? Cavab birmənalı olaraq budur-bəli!

Fəqət polisin fəaliyyətinə kölgə salmaq istəyənlərin mövcudluğu təəssüf doğurur.

Polis nə edib? Karantin rejimini pozanları cəzalandırıb, belə bir rejimdə də cinayət törədənlərin qanuna müvafiq olaraq məsuliyyətə cəlbi üçün səlahiyyətləri çərçivəsində addım atıb. Vəssalam!

Sual olunur-polis karantin rejimini pozmayanımı cəzalandırıb? Karantin qaydalarına uyğun davranan əhalinin hansı birini incidib? Əlbəttə ki belə bir hal olmayıb. Bir neçə karantin qaydalarını pozan məsuliyyətsiz şəxslərin davranışlarına haqq qazandırıb polisin fəaliyyətinə kölgə salmaq yolverilməzdir!

Polis orqanları bütün hərəkətlərini qanun çərçivəsində aparıb. Hər kəs qanunsuz hərəkətlərə görə layiqli cəzasını almalıdır. Bu olmasa özbaşınalıq yavaş - yavaş ayaq açacaq, xəstəliyin miqyası daha da böyüyəcək. Bunun nəticələri isə ağır ola bilər!

Bu gün bütövlükdə cəmiyyətdə polis orqanlarına münasibət, inam müsbətdir. Sosial şəbəkələrdə bir qrup adamın apardığı əks-təbliğat bu münasibəti, inamı sarsıda bilməz. Çünki bu hörməti, inamı polis özü qazanıb. Karantin günlərində polisin sərgilədiyi davranış bunu yetərincə sübut edib.

Unutmayaq ki:

- polis əməkdaşları qanunun keşiyində dururlar;

- qanunun keşiyində dayanan polislər öz həyatlarını risk altına qoyurlar;

-cəmiyyətin, bütövlükdə ölkəmizin rahat, təhlükəsiz şəraitdə yaşamasını təmin edən polis orqanlarıdır.


Bir sözlə, polis orqanlarının cəmiyyətdə sabitliyin hökm sürməsində çox böyük funksiyası, zəhməti var. Bu funksiya, zəhmət karantin günlərində daha da artıb. Bunu bir neçə məsuliyyətsiz adamın davranışına görə arxa plana keçirib, polisin zəhmətinə kölgə salmayaq!
Karantin dövründə vətəndaş evində özünü qoruyursa, polis isə küçələrdə qanunlara əməl olunmasını izləyir, tədbirlər üçün gözünü dörd açırsa, bu, onun öz işinə məsuliyyətinin aydın mənzərəsini yaradır...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv