Modern.az

BTC ilə 95 milyon 763 min ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

BTC ilə 95 milyon 763 min ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

9 Oktyabr 2009, 12:11

2009-cu ilin sentyabr ayı ərzində 3 milyon 14 min ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Modern.az Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı-Tbilisi-Ceyhan kəməri istismara verilən gündən 2009-cu il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 95 milyon 763 min ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
ARDŞ-nin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında BTC əsas ixrac kəməri ilə 27 milyon 292 min ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2009-cu ilin oktyabr ayının 1-ə qədər BTC-yə 97 milyon 608 min ton neft vurulub.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?