Modern.az

“Zəngəzur” firması cərimələnib

“Zəngəzur”  firması cərimələnib

9 Oktyabr 2009, 12:20

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Zəngəzur” İstehsalat Kommersiya Firmasında aparılmış monitorinq nəticəsində müəyyən olunub ki, istehsalda istifadə olunan xammalların uyğunluq sertifikatı yoxdur. Bundan başqa laborator müayinə nəticəsində istehsal olunan I növ buğda ununun normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyənləşib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə  Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, “Zəngəzur” İstehsalat Kommersiya Firmasında mhsulların markalanması düzgün aparılmır, istismar olunan ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçməyib.
Qeyd olunanları nəzərə alaraq, təsərrüfat subyektinə İnzibati Xətalar Məcəlləsinin 228.0.4 və 228.0.12 maddələrinə əsasən cərimə tətbiq edilib.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir