Modern.az

Hüseyn Arabul azadlığa buraxıldı

Hüseyn Arabul azadlığa buraxıldı

Təhsil

9 Oktyabr 2009, 19:39

Oktyabrın 9-da Gəncə Şəhər Apellyasiya Məhkəməsində hakim Ceyhun Muradovun sədrliyi ilə «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) prezidenti Hüseyn Arabulun apellyasiya şikayətinə baxılıb.
H.Arabulun vəkili Abbas Atakişiyevin Azadlıq Radiosuna verdiyi məlumata görə, apellyasiya instansiyası Arabul barədə 2 illik həbs cəzası ilə bağlı məhkəmə hökmünü ləğv edib. Məhkəmə Arabula təyin edilmiş əvvəlki 5 illik şərti cəzanın çəkilməmiş hissəsini də hazırkı 2 ilin üzərinə gəlməklə onun üzərində 3 il 6 ay müddətində şərti cəza saxlayıb.
Arabul səhhəti ilə əlaqədar olaraq məhkəmə prosesində iştirak etməyib. Vəkilin sözlərinə görə, o, məhkəmə qərarından sonra saxlandığı Bakı İstintaq Təcridxanasından azadlığa çıxıb.
A.Atakişiyev onu da bildirib ki, barəsindəki həbs cəzasının şərti cəza ilə əvəz olunmasına baxmayaraq, Arabul yenə məhkəmə qərarından razı deyil və Ali Məhkəməyə kasasiya şikayəti verəcək.
Sərhədi gizli yolla Gürcüstana keçməkdə təqsirləndirilən Hüseyn Arabul bu il sentyabrın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Türk iş adamı ilə yanaşı daha 5 nəfər də bu işdə ona köməklik göstərməkdə təqsirləndirilərək məhkum edilmişdi. H.Arabul özü isə məhkəmənin gedişatında bu ittihamları rədd etmişdi.
Hüseyn Arabul dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci ildə çıxardığı hökmə əsasən 1 milyon 370 min manat cərimə ödəməklə, 5 il şərti cəzaya məhkum edilmişdi. O, bu müddət ərzində Azərbaycanı tərk edə bilməzdi 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub