24Sentyabr | Ana Səhifə - Yazılar - Ziqmund Freyd və onun tükürpədici qürbəti
Ziqmund Freyd və onun tükürpədici qürbəti

İbrahim Nəbioğlu

Ziqmund Freyd (Sigmund Freud) insanın qürbət düyğusunu, yabançılıq, tərk edilmişlik hissini sorğulayan "Das Unheimliche" adlı qısa əsəri 1919-cu ildə işıq üzü görüb. "Heimliche" alman dilində "Tükürpədici" anlamına gəlir. Bir çoxumuz üçün "tükürpədici" sözü ölüm, ölülər, qarabasma və ya kabusla bağlıdır. Freyd də insanın qürbət duyğusunu qeyri-adi bir şəkildə - əndişə verən, qorxu və tənhalıq saçan bir kəlmə ilə ifadə etmək istəmişdir.

Qəribə bir əndişə, narahatlıqdır bu. Çünki, məsələn, hörümçək qorxusu və ya işsizlik əndişələri kimi səbəbi bəlli olan bir duyğu deyil. Qorxuram amma nədən qorxduğumu bilmirəm. Qorxumun səbəbsiz olması məndə çaşqınlıq yaradır. Alışıq olmadığım bir haldır, nədən qorxduğumu anlamaqda çətinlik çəkirəm. Bu hal insana xas bir şeydir, kökündə təhdid olmayan, heyvanların bilmədiyi bir hissdir bu. Bəlkə də yaradılışla bağlı bir şeydir? Sanki dəvət edilməmiş bir evdəyəm, bir qaçağam bu dünyada.

Bu hüzursuzluq, narahatlıq halı hardan gəlir? Nə üçün insan istədiklərini əldə etsə belə mutlu ola bilmir? Freydin İd (Alt şüur), Mənlik (Ego), Üst Mənlik (Super Ego) anlayışları daxili dünyamızdakı mübarizə və savaşlara işıq tuta bilərmi? Dünyada yaşadığı halda İnsanın özünü "evində" hiss etməməsi modern bir xəstəlikdirmi? Bəlkə texnologiyaların inkişafı ilə yaranan bir gərginlikdir? Yoxsa qorxu, məmnuniyyətsizlik və doyumsuzluq insanın daha ciddi ağrılarının xəbərçisidirlər?

Müasir insanın qələbəlikdə duyduğu yalnızlıq hissinə cavab vermək üçün bir vasitədir "Das Unheimliche". Ancaq adını çəkdiyim əndişə və narahatlıqlar Freydin bu kitabı ilə bizi rahatlatmır. Zatən rahatlatsa nə var idi ki. Doğma ev hər zaman sənin özünün yad dünyanın sərhəddi kimi qəbul edilir. Bu sərhəd yuyulub silinməyə doğru gedəndə insanı dəhşətli bir qorxu hissi bürüyür. Elə psixoanalizdəki "Tükürpədici" fenomeni də bununla bağlıdır - ilk başdan sənin olanın sıxışdırılaraq yadlaşması və özgələşməsi ilə. Məsələ öz davamını ekzistensializmdə tapır, burada insan ona etinasız və laqeyd olan bir dünyaya atılır və o da ekzistensial qorxu ilə özü özünə qayıdır.

Freydi sevənlər və Qürbətin dayanlmaz ağrısını hiss edənlər üçün yazdım bunları. Yazarkən də təsvir edilməz bir kədər basdı məni. Dahi Freyd bu əsərini yazığı 1919-da sevdiyi gözəllər gözəli Vyanda yaşayıb yaradırdı. Və düşündüm ki, ömrünün son illərində Hitler faşizmindən qaçıb Londona mühacirət edəndə oradaki soyuq evində öz yazdığını oxuyub, o qorxu və yabançılıq hissini yaşayıb, hiss etdimi? Qürbətdə Qürbəti necə yaşadı?