Modern.az

Mağaza və marketlərin "zibilləri"...

Mağaza və marketlərin "zibilləri"...

12 Oktyabr 2009, 16:11

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı satışdan külli miqdarda keyfiyyətsiz və saxlama müddəti ötmüş ərzaq malları müsadirə olunub.
Modern.az nazirliyə istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Park market”də, “Can market”də, Rəna Camalovaya, İlkin Səfərəliyevə, Əlixan Hüseynova və Nəzakət Quliyevaya məxsus mağazaların hər birində, Gəncə şəhərində “Əkbər market”də, Qusar rayonunun Piral kəndində Elşad Şalbuzova məxsus pərakəndə ticarət mağazasında ümumi çəkisi 270 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq yeməkləri və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Monitorinqlər zamanı həmçinin, Bakının Nizami rayonunda Elçin Fərzullayevə məxsus anbarda çəkisi 300 kiloqram olan saxlama müddəti ötmüş noxud aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.
Bakının Nizami rayonunda yerləşən Fərhad Quliyevə məxsus anbarlarda aparılmış yoxlama zamanı satışda mənşəyi məlum olmayan və saxlama müddəti ötmüş mallar aşkar edilməyib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən-“İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 48 hüquqi şəxsə 185 min manat, 479 fiziki şəxsə 715 min manat cərimə tətbiq olunub.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir