12Oktyabr | Ana Səhifə - Yazılar - Atəşin dayandırılması hələ atəşkəs demək deyil...
Atəşin dayandırılması hələ atəşkəs demək deyil...

Vüqar Tofiqli


Atəşin dayandırılması hələ nə atəşkəsdi, nə də sülh sazişi deməkdir. Müharibə tarixində belə məqamlar olur.

Ölkə başçısının xalqa müraciətində Azərbaycanın əsas şərti səsləndirildi: düşmən işğal altında olan ərazilərdən çıxmalı və Azərbaycan ərazisində bir mənfur erməni silahlısı qalmamalidir

Odur ki, atəşin dayandırılması əksinə ümidimizi daha da artırmalıdır.

Nəzərə alaq ki, nə Azərbaycan, nə də müzəffər ordumuzun ötən əsrdəki Azərbaycan olmadığını hər kəs yaxşı bilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni əsrdə yüksək inkişafa nail olub. Nankor, məsuliyyətsiz və erməni kökənli məmurların ucbatından axsamalar olsa da, ölkəmiz yüksək inkişaf zirvəsində olduğu danılmazdır.

Ümumiyyətlə, ölkə başçısının fəaliyətinin xüsusilə son iki ilinin, bu iki ilin xüsusilə son bir ayı ərzində qəbul etdiyi qərarları, atdığı addımları, müxtəlif beynəlxaq KİV-ə verdiyi müsahibələri bütün Azərbaycan bəyənir və yüksək dəyər verir. Sadəcə eşq olsun deyirəm.

Hər halda son söz bizimdir. Azərbaycanın hər bir vətəndaşı belə məqamda ölkə başçısının yanında olmaqla Prezidentinə dəstək verməli və çalışdığı sahədə Qələbəmizə öz töhvəsini verməlidir. Mütləq.

Şuşada Azərbaycan bayrağının dalğalanacağı gün uzaqda deyil...

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv