21 Oktyabr 2020 | Ana Səhifə - Yazılar
Üzünü görmədiyin insanlar üçün ÖLMƏK

İbrahim Nəbioğlu

Nazım Hikmətin ən nəhəng şeirlərindən biri həyat haqdadır, ölümə meydan oxuyur. Hüzur verir oxuyunca, həyatı dəyərli qılır, ümid verir həm də. "Ölümdən qorxsan belə ölümə inanmayıb həyatı ciddiyə almalısan" deyir böyük şair.


Şeirdə çox sayda "yəni" sözü var. Nazım Hikmet misranın başına "yəni" yazır, arxasınca açıqlamalar verir. Ancaq həyatı tam olaraq açmaz, açıqlamaları natamamdır sanki. Zatən həyatın tərifini tam olaraq qələmə almaq nə qədər mümkündür? Şair də qıvrana-qıvrana qalır, hər "yəni"si ilə gerçəkləri ortaya çıxarmağa təşəbbüs edir.

"Yetmiş yaşında zeytun ağacı əkməlisən" deyir Nazım, özü də "Çocuqlarına qalsın" deyə deyil, "Həyat sevgisi daha ağır basdığı üçün". İnsanlar üçün ölə bilməlisən deyir, həm də ən gözəl şeyin yaşamaq olduğunu bildiyin halda…

Yaşamağa dair 

Yaşamak şakaya gelmez,
büyük bir ciddiyetle yaşayacaksın
bir sincap gibi mesela,
yani, yaşamanın dışında ve ötesinde hiçbir şey beklemeden,
yani bütün işin gücün yaşamak olacak.
Yaşamayı ciddiye alacaksın,
yani o derecede, öylesine ki,
mesela, kolların bağlı arkadan, sırtın duvarda,
yahut kocaman gözlüklerin,
beyaz gömleğinle bir laboratuvarda
insanlar için ölebileceksin,
hem de yüzünü bile görmediğin insanlar için,
hem de hiç kimse seni buna zorlamamışken,
hem de en güzel en gerçek şeyin
yaşamak olduğunu bildiğin halde.
Yani, öylesine ciddiye alacaksın ki yaşamayı,
yetmişinde bile, mesela, zeytin dikeceksin,
hem de öyle çocuklara falan kalır diye değil,
ölmekten korktuğun halde ölüme inanmadığın için,
yaşamak yanı ağır bastığından.

1947

SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?