Modern.az

Türkiyəyə gedəcək deputatların səfər proqramı müəyyənləşıb

Türkiyəyə gedəcək deputatların səfər proqramı müəyyənləşıb

12 Oktyabr 2009, 20:30

Oktyabrın 13-də Türkiyəyə gedəcək deputatların səfər proqramı müəyyənləşıb. Səməd Seyidov, Nizami Cəfərov, Əli Hüseynov, Qüdrət Həsənquliyev, Rövşən Rzayev, Əkrəm Abdullayev, Asəf Hacıyev, Mübariz Qurbanlı, Qənirə Paşayeva, Gültəkin Hacıbəyli və Fəzail Ağamalıdan ibarət nümayəndə heyəti həftənin sonunda geri dönəcək.

Nümayəndə heyətinin üzvü Əkrəm Abdullayev Modern.az-a bildirib ki, onlar Türkiyənin Böyük Millət Məclisində də olacaqlar: “Baş nazir Ərdoğanla görüşəcəyik. Bundan başqa, siyisi partiyaların rəhbərləri, QHT nümayəndələri, media mənsubları ilə də görüşlərimiz olacaq. Ayrı-ayrı ali təhsil müəssisələrində də görüşlər nəzərdə tutulub. Hər halda, hesab edirik ki, bu məsələdə zamana ehtiyac var. Çünki bir neçə ay öncə Ərdogan Azərbaycan Milli Məclisində dediklərini ötən gün yenidən təkrarlayıb”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir