Modern.az

"İnanırıq ki, Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmaz"

"İnanırıq ki, Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmaz"

13 Oktyabr 2009, 13:02

YAP icra katibinin müavini, millət vəkili Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə Böyük Millət Məclisi Türkiyə-Ermənistan arasında imzalanmış protokolları təsdiqləsə, türk birliyinə, Türkiyə-Azərbaycan dostluğuna çətin sağalan yara vurmuş olacaq.
"Amma biz inanırıq ki, Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmaz"-deyə, Yeni Azərbaycan Partiyasının icraçı katibi bildirib. Əli Əhmədovun sözlərinə görə, Ankaranın Bakının maraqlarını qorumaq üçün hələ imkanı var. Bunun üçün Türkiyə parlamenti protokolları təsdiq etməməlidir.
"Siz bilirsiniz ki, hətta protokollar imzalandıqdan sonra Türkiyənin Baş naziri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması mümkün deyil. Azərbaycan hökuməti olaraq, biz hesab edirik ki, Azərbaycanla Türkiyə arasında olan qardaşlıq əlaqələri kifayət qədər möhkəmdir və bu əlaqələrin korlanacağına inanmırıq. Biz Türkiyə hökumətinin Prezidenti və Baş nazirinin "Qarabağ problemi həll olunmayınca sərhədlərin açılmasına yol verilməyəcək" bəyanatına inanırıq". 

T

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir