Modern.az

Göyçayda nar bayramı olacaq

Göyçayda nar bayramı olacaq

14 Oktyabr 2009, 10:19

Göyçayda son illər oktyabrın sonu-noyabrın əvvəlində keçirilən ənənəvi nar bayramına hazırlıq görülür.
Tədbirə hazırlıqla əlaqədar Göyçay şəhərində təmizlik-abadlıq işləri görülür, səliqə-sahman yaradılır, mərkəzi küçələr asfaltlanır, səkilər təmir edilir, binaların fasad hissələri rənglənir, ərazinin bayramsayağı bəzədilməsi üçün xüsusi şüarlar, plakat və lövhələr hazırlanır.
Mahnı-rəqs qrupları, kəndirbaz və sehrbazlar, idmançılar məşq edirlər.
Tədbir çərçivəsində Göyçayda narın istehsalı ilə məşğul olan müəssisələrin məhsullarından ibarət yarmarka, kəndli fermerlər tərəfindən yetişdirilən müxtəlif növ nar və bu meyvədən hazırlanan məhsulların sərgisi, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil ediləcək.
Noyabrın əvvəlində keçirilməsi planlaşdırılan nar bayramına dəvət olunacaq 200-dək qonaq arasında dövlət və hökümət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerli və xarici iş adamları da olacaq. Göyçay narının şöhrətini dünyaya tanıtmaq məqsədilə 4-cü dəfə keçirilən nar bayramında bəzi yeniliklərin olacağı da bildirilir.
Bayram tədbiri ölkənin tanınmış incəsənət ustalarının çıxışları və atəşfəşanlıqla başa çatacaq.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir