Modern.az

Ərdoğan azərbaycanlı deputatlara izahat verəcək

Ərdoğan azərbaycanlı deputatlara izahat verəcək

14 Oktyabr 2009, 11:08

Türkiyə ilə Ermənistanın əlaqələrin normallaşdırılmasına dair protokollara imza atmasının ardından Ankaraya yollanan 11 azərbaycanlı  deputatın bu gün Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi gözlənilir.

Heyət adından türkiyəli jurnalistlərə danışan deputat Səməd Seyidov Türkiyənin Azərbaycan əhəmiyyətinə diqqət çəkib. O, son günlər Qafqazda yaşanan hadisələrə bağlı fikir alış-verişində olmaq üçün 11 millət vəkilinin Türkiyəyə gəldiyini vurğulayıb: "Burada deyirlər ki,, Azərbaycan heyəti etiraz etməyə gəldi. Belə bir şey yoxdu. Öz qardaşlarımızla fikir alverində olmağa, gələcək planlar haqqında düşünməyə, Türkiyə-Azərbaycan dostluğunu daha da möhkəmlətməyə gəldik. Türkiyə ilə Azərbaycan arasında olan əlaqələrin daha da möhkəmlənməsi üçün səylərimizi davam etdirəcəyik”.

S.Seyidov, bu ziyarətin iki ölkə üçün çox faydalı olmasına ümid etdiyini söyləyib.

Türkiyə mətbuatı yazır ki, bu gün Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi gözlənilən millət vəkillərinə, Baş nazir Ermənistan ilə imzalanan protokollar sonrasında Türkiyənin rəftarını bir daha izah edəcək.

Xatırladaq ki, Azərbaycanda olan millət vəkilləri bundan öncə Türkiyə ilə Ermənistan arasında müzakirələr sürərkən aprel ayında Türkiyəyə getmişdilər. O zaman onlar Prezident Abdullah Gül və müxalifət liderləriylə görüşə bilsələr də, Baş nazir Ərdoğan ilə bir araya gələ bilməmişdilər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi