01 Fevral 2021 | Ana Səhifə - Yazılar
Peyvənddən gözlədiklərim
 
Vasif İsmayıl

Bu gün səhər kefim çox yaxşı idi. Pandemiya başlayandan bu yana güldüyüm, əyləndiyim çox olub, amma ürəyimdə həmişə bir ağırlıq var idi. İçimdə qaradinməz idim.

İnsanların çoxundan məlum səbəblərə görə uzaqlaşdım.

Qidalanma rejimim dəyişdi. Əvvəllər yemədiyim şeyləri yemədiyim saatlarda qəbul etməyə başladım.

Daxili təklik, sevdiyim insanlar üçün keçirdiyim qorxu insan psixologiyasına çox pis təsir edir. İnsan daxilən qaradinməz olanda, eləcə də qorxanda yeməyi alınan it kimi olur - hamıya diş göstərir. Mən də bəzi sevdiyim insanların xətrinə dəydim bu dövrdə. Sanki sabah kimsə sevdiyimi itirəcəm, sanki özüm də öləcəm kimi bir hiss var idi. Bu da insana çox pis təsir edir - tələsirsən. Özümə gələn kimi diqqətsiz buraxdığım, artıq aylarla görmədiyim, yazışmadığım insanlara üsulunca özümü bağışladacam.

Bu gün kefim nə şəkildə yaxşılaşdı deyə soruşsanız?!

Artıq bu vəziyyətdən çıxırıq, bu xəstəliyə "əlvida" deyəcəyimizə inandım bu gün.

Peyvənddən ötrü pis və ya yaxşı heç nə hiss etmədim, amma ilk dəfə ümidləndim...daha doğrusu, ümidin işığını gördüm.

Peyvənddən işıq gözləyirəm. Cırtdanın getdiyi işıq divə çıxarmışdı, amma Cırtdan o divi də "trollamışdı".
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv