19 Fevral 2021 | Ana Səhifə - Yazılar
Ermənilər özlərinə inanmır

Elçin Alıoğlu

Ermənilər "qisas", "revanş" deyirlər, "Qarabağda itirdiyimiz torpaqları geri alacağıq" söyləyirlər, Rusiyaya bel bağlayırlar.

Sosial şəbəkələrdə virtual "qisas savaşı"na başlayıblar öz aləmlərində. Suçlu, günahkar arayırlar. Təbii, ağır durumdan çıxış yolları ilə bağlı "bilgili insan"ların məsləhətlərinin də biri 1 qəpik.

Azərbaycanda isə sosial şəbəkələrdə gərginlikdir. "Qazaxın 7 kəndi nə oldu?", "Xankəndi, Xocalı, Xocavənd, Əsgəran, Ağdərə ermənilərdədirsə, hansı qələbədən danışırıq?" tipli narahatlıqlar, təlaşlar.
Özlərini siyasətçi, partiya sədri və s. kimi təqdim edənlər də kütləyə oynayır, populizmə varır, əksər hallarda aşkar demaqogika ilə məşğul olurlar.

Olsun, cəmiyyətdir, normal durumdur.

Hər kəsin narahat olmağa, Vətəni düşünməyə haqqı və hüququ var.

Kimsə buna bir söz deyə bilməz, deməməlidir də.

Fəqət...

Təqribən 7 əsr əvvələ yollanaq. Bizansa, Konstantinopola. İkinci Roma dağılırdı, parçalanırdı, laxlayırdı. Əsrlər boyu işğalla və riyakarlıqla məşğul olmuş, çoxsifətli, daha doğrusu, simasız siyasəti adi davranış çevirmiş dövlət kiçilmişdi.

Bizanslılar uydurduqları tarixlə sayıqlayırdılar. "Böyük Bizans olub keçmişlərdə, dənizlərdən dənizədək" deyən Bizansdan qalan sadəcə, Konstantinopol, ətrafdakı ərazilər, Aralıq və Qara dəniz sahillərindəki koloniyalar, bir də kiçik adalardı.

Bizansa artıq kimsə kömək edə bilməzdi.

1453-cü il yaxınlaşırdı.

Və oldu.

Səlcuqlar şəhəri üzük qaşı kimi mühasirəyə aldılar.

Bizans isə hələ də Qərbə bel bağlayırdı, Qərbə ümid edirdi, Qərbin ona mütləq arxa duracağına və dəstək olacağına şübhə etmirdi.

Bizans xalqı əmin idi ki, "böyük qardaşı" Vatikan mütləq yardım edəcək.

Venesiya və Genuya, Avropadakı krallar, hersoqlar, qraflar vədlər vermişdilər.

Kimsə Bizansa kömək etmədi.

Bizanslıların özləri də.

Şəhərdəki 300 min bizanslı Konstantinopol uğrunda bir dəstə romeyin vuruşmağına baxır, onlara məsləhətlər verir, "müdrik" müzakirələr aparırdılar.

Konstantinopol fəth olundu, çökdü türk oğlu türklərin qarşısında.

... Ermənistan Bizans deyil və heç Bizansın atılmış dırnağı da deyil. İrəvan o dönəmdəki Konstantinopolun donuzxanalarının olduğu Alleola məhəlləsindən də bərbad məkandır.

Bu viranə ölkənin indiki durumu isə bizanslıların aqibətini xatırladır.

İrəvana da "Allahu Əkbər!" deyənlər daxil olacaq, bayrağımızı sancacaqlar şəhərin ən hündür binasının damına.

O günə çox qalmayıb.

Bilirsiniz niyə?

Ermənilər özləri özlərinə güvənmir, inanmır. Onlardakı natamamlıq kompleksi milli idefiksdir çünki.

Tarixləri kimi, mədəniyyətləri, ruhları, siqlətləri, şüurları saxtadır.

Özləri də bunu bilirlər.

Adi misal: ermənilər Zəngəzura "Sünik" desələr də, o ərazinin "qədim erməni torpağı" olduğunu tutuquşu kimi təkrarlasalar da, Qafandakı yerli telekanalın adı "Zengezur TV"dir.

Psixoloqlar bilir bu sindromun adını: cinayətkar nə illah etsə də, cinayətinin izlərini sonadək
gizlədə bilmir və əsla inanmır ki, cəzasız qalacaq.
 
 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv