Modern.az

Səttar Bəhlulzadənin yaradıcılıq evi açılacaq

Səttar Bəhlulzadənin yaradıcılıq evi açılacaq

15 Oktyabr 2009, 13:30

Rəssamlar İttifaqından verilən məlumata görə, tezliklə Bakıda görkəmli rəssam Səttar Bəhlulzadənin yaradıcılıq evi fəaliyyətə başlayacaq. Yaradıcılıq evində rəssamın indiyədək nümayiş etdirilməyən əl işləri və ona məxsus olan şəxsi əşyaları yerləşdiriləcək.
Modern.az xəbər verir ki, Rəssamlar İttifaqı S.Bəhlulzadənin şəxsi arxivlərdə saxlanılan rəsm əsərlərinin geniş tamaşaçı auditiriyasına nümayiş etdirilməsi üçün yaradıcılıq evindən istifadə etməyi nəzərdə tutur.
Bundan başqa, rəssamın bir sıra yaxın və uzaq ölkələrdə sərgisinin təşkili də planlaşdırılır.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı