Modern.az

BDU-nun 90 illik yubileyi rayonlarda da qeyd ediləcək

BDU-nun 90 illik yubileyi rayonlarda da qeyd ediləcək

2 Sentyabr 2009, 13:18

“Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyilə bağlı hazırlıq işlərinə başlanılıb. Universitetin yubileyi təntənəli şəkildə qeyd ediləcək». Bu sözləri Modern.az saytına BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov deyib. Onun sözlərinə görə, prezident İlham Əliyevin universitetin 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq sərəncamda bu təhsil ocağının tarixi xidmətləri xüsusi dəyərləndirilib. O, BDU-nın 90 illik yubileyinin 2009-cu il oktyabrın sonu-noyabrın ilk günlərində qeyd ediləcəyini bildirib: «Universitetin bu möhtəşəm bayramı ölkəmizin bir çox bölgələrində - Qazax, Quba, Lənkəran, Şəki və digər rayonlarda, eləcə də Azərbaycandan kənarda geniş şəkildə qeyd olunacaq. Yubiley ərəfəsində bütün fakültələrin bukletləri də hazırlanacaq».

Rektor əlavə edib ki, BDU-da 1500-dən çox professor-müəllim heyəti var və onlar 18 mindən çox tələbənin təlim-tərbiyəsi ilə məşğuldur: “Universitetdə təhsil alan tələbələr hərtərəfli qayğı ilə əhatə olunub və zəruri maddi-texniki baza ilə təchiz olunmuş laboratoriya və auditoriyalar, kitabxanalar, idman kompleksləri tələbələrin ixtiyarına verilib”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub