Modern.az

Əlillərə və şəhid ailələrinə mənzil verilib

Əlillərə və şəhid ailələrinə mənzil verilib

15 Oktyabr 2009, 17:28

Oktyabrın 15-də Hövsan qəsəbəsində İkinci Dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı və minik avtomobillərinin açarlarının təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə Prezident İlham Əliyev də iştirak edib.
Prezident İlham Əliyev İkinci Dünya müharibəsi veteranlarına, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin orderlərini təqdim edib.
Dövlətimizin başçısı, həmçinin müharibə veteranlarına və əlillərinə “Tavriya” markalı avtomobillərin açarlarını verib.
Sonra mənzillərlə tanış olan dövlət başçısına məlumat verilib ki, binanın tikintisinə 2007-ci ildə başlanılıb. Binanın yerləşdiyi ümumi ərazi 0,25 hektar, tikintinin ümumi sahəsi isə 1790 kvadratmetrdir. Yaşayış binasının ətrafında abadlıq və yaşıllaşdırma işləri də aparılıb. Doqquzmərtəbəli binada 81 mənzil vardır. Bu mənzillərin 72-si iki, 9-u isə üç otaqlıdır.
Dövlət başçısı sükan arxasına keçərək, avtomobili sürüb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!