Modern.az

Bayraq mübahisəsi rəsmi Bakının Ankaraya etirazı ilə nəticələndi

Bayraq mübahisəsi rəsmi Bakının Ankaraya etirazı ilə nəticələndi

15 Oktyabr 2009, 18:32

Oktyabrın 14-də Bursada keçirilən Türkiyə və Ermənistanın futbol komandaları arasındakı oyundan öncə Azərbaycan bayrağı ilə bağlı yaranməş mübahisəli vəziyyət rəsmi Bakının etirazına səbəb olub.Modern.az xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) bununla bağlı məlumat yayıb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, xarici işlər nazirinin müavini Araz Əzimov Türkiyənin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Nihat Civaneri bu quruma dəvət edib. Görüşdə oktyabrın 14-də Türkiyənin Bursa şəhərində keçirilmiş Türkiyə-Ermənistan oyunu ərəfəsində Azərbaycan Respublikasının dövlət bayrağına hörmətsizlik edilməsi ilə əlaqədar rəsmi etiraz bildirilib.  Xatırladaq ki, əvvəlcə Bursa valiliyi, ardınca da FİFA Türkiyə-Ermənistan matçının oynandığı Bursa stadionuna Azərbaycan bayraqlarının gətirilməsinə qadağa qoymuşdu. Türk mətbuatı FİFA-nın bu qərarı Ermənistan tərəfinin müraciəti əsasında verdiyini yazıb. Belə ki, qarşılaşmanın başlamasına 4,5 saat qalmış FİFA-nın baş katibi Jerom Valke Türkiyə Futbol Federasiyasına (TFF) xəbərdarlıq edib ki, stadionda Azərbaycan bayraqları ilə keçiriləcək aksiyanın qarşısı alınmasa, matç ləğv olunacaq. Bu xəbərdarlıq TFF prezidenti Mahmud Özgənər tərəfindən hakimiyyət orqanlarına çatdırılıb. Nəticədə polis Bursa Atatürk stadionuna minlərlə Azərbaycan bayrağının keçirilməsinin qarşısını alıb. Lakin buna baxmayaraq, stadiona onlarla bayraq keçirmək mümkün olub. Bayraq mübahisəsi Bursa stadionu qarşısında azarkeş-polis qarşıdurmasına da səbəb olub, bir nəfər tərəfdar yaralanıb.

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir