18 mart 2021 | Ana Səhifə - Yazılar
Mən hadisələrə inanıram, nağıllara yox

Vasif İsmayıl


Azərbaycanda koronavirusa yoluxanların sayı gedərək artır. Operativ qərargahın rəqəmləri şişirtdiyini qətiyyən düşünmürəm.


Bir dəfə yoluxmuş vətəndaşlar, bir daha yoluxa bilərsiniz. Diqqətli olun, lütfən!


Peyvənd olunmuş vətəndaşlar, bir daha yoluxa bilərsiniz. Diqqətli olun, lütfən!


Daha əvvəl yoluxma, yaxud peyvənd olunmaq zirehli jilet geyinmək kimidir - hələ də bədəninizdə gülləyə açıq sahələr var, qəlpə isə jileti də dələ bilər.


Koronavirusa yoluxanların sayı niyə sınaq sayından asılıdır?!


Bizdə aparılan sınaq sayının az olduğunu, eləcə də yoluxan insan sayı ilə sınaq sayı arasında korrelasiya olduğunu söyləyirlər.


Haqlıdırlar, amma səhv edirlər.


Məsələn, mən qanda kreatinin cavabını istədiyim hər 10 adamdan birində böyrəklərin büzüşdüyünü bilirəm.


Mən münəcciməm, yaxud TƏBİB?


Yox, sadəcə statistika deyə bir elm var və ona görə qaydalara əsasən, kreatinin təhlili istədiyin hər 10 adamdan birində böyrək çatışmazlığı çıxacaq deyir.


Məsələn, prostatını yoxladığım hər 100  adamdan 20-sində xərçəng çıxır.


Mən münəcciməm?


Yox, canım!


Elm deyilən zad var, “onnan” da az-çox xəbərim var.


Gəlin bir də münəccimlik edim... tatata....içinizdən hər 100 kişidən 7-si başqa kişini sevir. Da da da daaam!!!!


Münəccim deyiləm, elm bunu deyir.


Sizi qorxudanlar isə...


Ta özünüz qərar verin.


Ona görə də özünüz haqqında qərarı özünüz verin. Mən indiyə qədər milyard dəfə yoxlanmış hadisələrə inanıram, nağıllara deyil.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv