Modern.az

“Azəriqaz” əhalini maarifləndirməyə hazırlaşır

“Azəriqaz”  əhalini maarifləndirməyə hazırlaşır

16 Oktyabr 2009, 11:51

Qaz təsərrüfatında təbii qazdan təhlükəsiz istifadə qaydalarına riayət edilməsi və qışa hazırlıq işlərinin gücləndirilməsi ilə əlaqədar “Azəriqaz” İB-də abunəçilərin daha da maarifləndirilməsi məqsədilə texniki təhlükəsizlik qaydalarını əks etdirən bukletlər, plakatlar və video çarxlar hazırlanıb.
Modern.az  “Azəriqaz” İB-yə istinadən xəbər verir ki, yaxın günlərdə həmin vəsaitlərin kütləvi informasiya vasitələrində nümayiş etdirilməsi, ictimai yerlərdə və yaşayış evlərinin, hündür mərtəbəli binaların qarşısında vurulması nəzərdə tutulub. Payız-qış mövsümünün gəlişi ilə əlaqədar təbii qaza olan tələbatın artmasını nəzərə alan “Azəriqaz” İB abunəçilərdən diqqətli olmağı və gözlənilməz hadisənin baş verməməsi üçün texniki təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır