Modern.az

Aclıqdan əziyyət çəkənlər

Aclıqdan əziyyət çəkənlər

16 Oktyabr 2009, 14:06

16 oktyabr bütün dünyada Beynəlxalq Ərzaq günü kimi qeyd olunur.

Modern.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, hazırda dünyada 1 milyard insane aclıqdan əziyyət çəkir və bu say getdikcə artmaqdadır. Bir il öncə dünyada acların sayı 850 milyon nəfər olub. Ac insanların hamısı inkişaf etməkdə olan ölkələrin sakinləridir. Asiya və Sakit okean ölkələrində 642 milyon, Afrikanın cənubunda 265 milyon, Latın Amerikası və Karib hövzəsi ölkələrində 53 milyon, Yaxın Şərq və Şimali Afrikada 42 milyon, inkişaf etmiş ölkələrdə 15 milyon adam xroniki qida çatışmazlığından əziyyət çəkir.

Onu da qeyd etmək lazımdır ki, dünyada aclarla bərabər, toxluqdan əziyyət çəkənlər də var.

Azərbaycanda aclıqdan əziyyət çəkənlər olmasa da, yoxsulluq həddində yaşayan və normal qidalana bilməyən insanlar az deyil. Bunlar əsasən məcburi köçkün kateqoriyasına aid olan və daha ağır şəraitdə yaşayanlardır.

Ölkəmizdə «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı» təsdiq edilib. Dövlət Proqramının əsas məqsədi yoxsulluğun azaldılması, davamlı inkişafın təmin edilməsi, 2015-ci ilədək mütləq yoxsulluq səviyyəsinin inkişaf etmiş ölkələrdəki yoxsulluq səviyyəsinədək endirilməsidir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı