Modern.az

Eşşəyi öldürən şəxsə 50 şallaq cəzası

Eşşəyi öldürən şəxsə 50 şallaq cəzası

16 Oktyabr 2009, 15:36

İranın əyalətlərindən birində əkib-becərdiyi kahı tarlasına gələn yerli sakin orada sahibsiz bir eşşəyi görüncə əsəblərini cilovlaya bilməyib. O, tarlaya zərər vuran uzunqulağı yerindəcə öldürməklə hirsini soyudub. Amma tarla sahibinin bu hərəkəti ona baha başa gəlib. Yerli mətbuatın verdiyi xəbərə görə, kahı tarlasına zərər vuran sahibsiz eşşəyin üstünə benzin tökərək onu yandıran cütçüyə məhkəmənin qərarı ilə 50 şallaq cəzası kəsilib.
Lakin sonradan təqsirləndirilən şəxsin cəzası dəyişdirilib. Belə ki, onun indiyədək məhkum olumaması və tarlasına dəyən zərəri nəzərə alan məhkəmə, qırmanc cəzasını başqa cəzayla əvəzləyib.
Məhkəmənin qərarına görə, təqsirləndirilən kəndli dini və əxlaqi dəyərlərə uyğun olaraq bundan sonra heyvan haqlarına riayət edəcək, kahı tarlasını bir il əkə bilməyəcək və sahibsiz bir eşşəyin üç ay müddətlə baxımını boynuna götürəcək.
Çarəsiz kəndli 50 şallaq "yeməkdənsə" bu cəzayla razılaşmalı olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi